24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1970-ci ildə 109 saylı məktəbə getmiş, 1978-ci ildə səkkizinci sinfi bitirib C.Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. 1991-1992-ci illərdə o həyatını cəbhə ilə bağlayır rota komandiri kimi dəfələrlə döyüşlərə girir və düşmənin canlı qüvvələrini məhv etmişdir. Onun komandiri olduğu rota xeyli silah sursat əldə etmişdi. 1992-ci il 1 noyabr Əfqan Qubadlı rayonunun Səfiyan və Quşçular kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Ailəli idi, bir övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Hüseynov Əfqan Qaraxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
C.Naxçıvanski adına Litseydə və Milli Qvardiya Qərargahında büstü qoyulub.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.