bu linkə ( http://quickpay.goldenpay.az/Template... )daxil olub lazımı xanaları dolduraraq, hər hansı bir kartınızla (maaş, stependiya, pensiya ve s.) köməklik ədə bilərsiniz:
Sizin kiçik dəstəyiniz böyük bir problemin həllinə yardımçı ola
bilər!
ALLAH RİZASI ÜÇÜN DİQQƏTLƏ VƏ SƏBRLƏ, SONACAN OXUYUN!
ƏZİZ SOYDAŞLARIM!
Qızım İbrahimova Lalənin bu sətirləri oxuyan hər kəsin yardımına ehtiyacı var. Lalənin 2 yaşının yenicə tamam olmasına baxmayaraq, onun səsləri eşidə bilməməsi bir valideyn olaraq bizlərin gecəsini gündüzünə qatıb.
Övladının bu dərdinə dözə bilməyən bir valideyn kimi, təbii ki, lazımi yerlərə müraciət edib onun dərdinə bir çarə axtardıq. Nəticə bu oldu ki, AUDİOMED Eşitmə Mərkəzində övladıma çox ağır - "IV dərəcədə sensonevral tipdə eşitmə azlığı" diaqnozu qoyulub. Hazırda qızım Lalə İbrahimova qulağına qoşulmuş eşitmə aparatının vasitəsilə ən güclü səsləri eşidə bilir. Bu hal onun ümumi psixoloji durumuna və əsəb sisteminə də olduqca mənfi təsir göstərir. Əgər Lalə beş yaşına qədər əməliyyat olunmasa, bu ona həyatı bahasına başa gələcək. Həkimlərin verdikləri bu qərar bizim balaca xoşbəxt dünyamızı qaranlığa qərq edib. Çünki bu əməliyyatın keçirilməsinə lazım olan vəsait bizim imkanımız xaricindədir. Maddi çətinliklər içərisində yaşayan ailəmizin belə bir böyük məbləği ödəməyə maddi imkanı yoxdur. Mən özüm də II qrup əlil olaraq cəmisi 40 manat pensiya alıram və sosial vəziyyətim çox ağırdır.
Dövlətimin bütün qanunlarına hörmət və riayət edən vətəndaş kimi, aidiyyəti dövlət orqanlarına müraciət etmişik. Amma hələ ki, heç bir köməklik olunmayıb.
Bu əməliyyat üçün 30000 manat vəsait tələb olunur.
Həkimlərin məsləhətinə görə, körpə 5 yaşına qədər əməliyyat edilsə, o da normal uşaq həyatı yaşaya bilər, əks halda, onda çox ciddi qüsurlar qalacaq. Ona görə də bu üsulla bütün insanlara müraciət etməyə məcbur oldum. Çox təəssüf ki, maddi çətinliklər səbəbindən hər valideynin öz övladını belə bir bəladan xilas etməyə gücü yetmir. Bu müraciəti oxuyan şəxslərdən xahiş olunur ki, artıq 2 yaşı tamam olmuş qızım Lalənin əməliyyat edilməsinə və eşitmə qabiliyyəti əldə edərək cəmiyyətə inteqrasiya olunmasına maddi cəhətdən yardımçı olsunlar. Hər kəs bizə kömək edə bilər. Kimin gücü və imkanı nəyə çatırsa yardım edə bilər. Hətta cüzi bir məbləğlə yardım etmək istəyən şəxslərə də öz minnətdarlığımızı bildiririk. Bu yardımlaşmalarla biz Laləni xilas edə bilərik.
Özündən xəbərsiz taleyinin faciəsini yaşayan bir uşağın normal insanlar kimi yaşaması, eşidib danışması üçün əlinizdən gələni edəcəyinizə böyük ümidlər bəsləyir və ailəmiz adından bu çətin anımızda bizə dəstək olan hər kəsə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm!
Həssas qəlbinizlə bizim harayımıza yetmək istəsəniz, aşağıdakı bank hesabına münasib bildiyiniz məbləğdə pul köçürə və ya telefonla əlaqə saxlaya bilərsiniz:
LALƏNİN HESABINDA 27.07.2013 TARIXINE QEDER 2165 MANAT VESAIT TOPLANMISDIR
Azərbaycan Beynəlxalq Bankı
Oğuz şöbəsi
SWIFT(BIK) : IBAZAZ2X
Müxbir hesab : AZ03NABZ01350100000000002944
Kod : 805777
WÖEN : 9900001881
Müştəri: İBRAHIMOV ÇINGİZ SOLTAN oğlu
Bank Hesabı:
AZ45IBAZ33801019445340733338 AZN
AZ66İBAZ33811018405340733338 USD
AZ83İBAZ33811018105340733338 Рубль
Access Bank QSC Azadlıq filialı
Müştəri: İBRAHIMOV FAMIL SOLTAN oğlu
Bank Hesabı:
AZ52ACAB00001009241000618806 (AZN)
AZ26ACAB00001009242000329404 (USD)
AZ76ACAB00001009243000049304 (EURO)
AZ79ACAB00001009244000001201 (RUR)
Kodu/Code : 504788
WÖEN/INT : 1400057421
Müxbir hesab/Corr. Acc: AZ10NBAZ01350100000000056944
S.W.I.F.T/ S.W.I.F.T : ACABZ22
Telefon: 024-21-66-2-62
Mobil: 050 467-36-46
050 420-42-00
https://www.facebook.com/groups/530882046975511/http://online.baki-xeber.com/v4/2013/07/23/get=96761http://xeberle.com/news.php?id=2268http://online.novoye-vremya.com/new/2013/07/23/get=75510http://www.adalet.az/w21849/2_ya%C5%9Fl%C4%B1_Lal%C9%99nin_h%C9%99yat%C4%B1_30_min_manatdan_as%C4%B1l%C4%B1d%C4%B1r/
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации