Horadiz emeliyyati 1994 ci il . Ermeni bayragini tehqir eden " Qara Polkovnik" *KANAL BAKU*
5 yanvar 1994-cü ildə Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsi ermənilərdən azad edilib.
Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.
Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb.
Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Əməliyyatlara "qara polkovnik" ləqəbilə tanınan mərhum Fətulla Hüseynov rəhbərlik edib. Elə videoda da onun erməni bayrağını endirməsi, cıraraq lazımsış əşya kimi yerə tullaması diqqət cəlb edir. /teleqraf.com/ Allah Rəhmət eləsin !
***
Kanala abune olmag isteyenler asagidaki " abune ol " ve ya Подписаться (Subscribed) kecidine basin . Bizi sosial sebekelerde izleyin ; http://www.facebook.com/kanalBaku
odnoklassnikde : http://www.odnoklassniki.ru/kanalBakuhttp://twitter.com/kanalBaku
Youtube da http://www.youtube.com/kanalBaku1
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.