Deputatlar narazı şəhid ailələri ilə görüşdü- “Olanı budu” – VİDEO.19.02.2017.
Deputatlar narazı şəhid ailələri ilə görüşdü- “Olanı budu...” – VİDEO
19.02.2017.
Fevralın 13-də bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib. Aksiyaçılar 1994-cü ildən bugünədək onlara verilməli olan sığorta haqqını tələb etmək üçün növbəti dəfə toplaşıblar.
Bizimyol.info-nun Meydan TV-ə istinadən məlumatına görə, “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova bildirir ki, çoxsaylı problemləri olan ailələrin sonuncu ümidi məhz, veriləcək sığorta puludur.
Aksiya iştirakçılarını dinləməyə millət vəkilləri Hadı Rəcəbli və Musa Quliyev gəlib.
Millət vəkillərinin təkilifi ilə Almaz Zeynalova və birliyin 5 üzvü məsələni bağlı qapı arxasında müzakirə ediblər. Görüşdən sonra Almaz Zeynalova jurnalistlərə bildirib ki, ona məsələnin həll olunacağını söz veriblər.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.