Aşağı və Yuxarı Necili kəndləri İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda, rayon mərkəzindən 2 km qərbdə yerləşir.
Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969 - cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olub. Qafqazın 5 verstlik xəritəsində (348, s.186) qeyd edilib. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşayıb (386, s.547-550).
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi (143, s.30) əsasında əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adları dəyişdirilib, müvafiq olaraq Sayat Nova (erməni şairi) və Nizami qoyulub.
Videogörüntü 2000-ci illərdə Necilidə sonradan məskunlaşan ermənilər tərəfindən çəkilib