Album "Anomalia" / by Albay Efendi performing "Vaxt Gedir" / voc. Aysel Sadıqova.
© 2012 PicMus Production.
Unauthorized reproduction is a violation of applicable laws.
Manufactured by PicMus Production. All rights reserved.
Prod. by MickeyMontz
ALBUM DOWNLOAD:
http://bit.ly/anomaliaalbum
https://www.facebook.com/albayefendimusic
https://www.twitter.com/albayefendi
Lyrics:
Mən doğuldum bakıda 86'da
Birinci kollektivim mənim baxçada
Böyüyürdüm uşaqlarla birgə oynuyurdum
Vururdum. Səhv olanda isə vurulurdum.
Çoxalırdı yaş, dəyişirdi oyuncaq
Gizlənirdik o bucaq, gizlənirdik bu bucaq
Deyişmədi baxışlar ama hər şey dəyişdi
Boyum artır, atam yenə təzə paltar alacaq.
Həyat çəkir əyri xətt, tələb edir ki, düz gedək
Mən böyüyürəm, mən böyüyürəm...
Ana qucağını çox isti tərk edək
Mən üşüyürəm, mən üşüyürəm...
İllər ötür 93, bu da ilk sinif
Sinif yoldaşım Pərviz, Əli, Elşən, Vaqif
Mən sevinirəm böyüyürəm günü gündən
O vaxt üçün darıxıram, gəldi artıq son sinif.
(nəqarət)
Zamanı geri qaytar, ver mənə (Onu ver mənə)
Ruhumu məndən apar, məhv elə (Məni məhv elə)
Məni zamanda axtar, məni özündə axtar
Həyat bir oyun, bunu dərk elə...
Mən içimə qapalıydım, elə o vaxtlardan
Yazırdım hekayə yazırdım şeirlər
Küçələrlə tez tanış oldum, davalar
Məni böyütdü, mən böyütdüm ümidlər
yaşım 18 ali məktəb tələbəsiydim
Dərslərimdə yerində, rap xəstəsi idim
Evdə atam, anam mənə qarşı gələndə
Heç düşünmədən Rap mən sənə gəldim.
Dərs dəftərlərim rap cızma-qaram
Həyat məni dəyişir, axı mən hardayam?
O zamanlar yox idi məndə romantika
O vaxt eşqdən uzaq idim, indi də uzağam
Tələbəydim işləyərdim mən çayxanada
Silirdim, süpürürdüm çay dəmliyirdim
Müştəri üstümə qışqıranda o anda
Susurdum pullarımı qəpiklərlə cəmləyirdim
(nəqarət)
Zamanı geri qaytar, ver mənə (Onu ver mənə)
Ruhumu məndən apar, məhv elə (Məni məhv elə)
Məni zamanda axtar, məni özündə axtar
Həyat bir oyun, bunu dərk elə...
Ətrafımda pis də oldu, yaxşı dostlar da
Birgə xoş günlər keçirtdiyim qızlar da
Zaman ötür sürətlə ona çata bilmirəm
Ən yaxın dostum idi rap çətin anlarda
Atam hərbiçiydi, anam müəllimə
Rapi tulla, yaraşmaz ailəmizə
Mən neynirdim ki, sizi utandıran?
Ört qapını mənim öz ayrı dünyam var.
İllər ötür durmadan, yaş artır
Universitet, əsgərlik artıq gün sayır
Necə tez keçir illər amansız
Avara uşaq şirkətdə iş tapır
İndi fərqli hər şey, deyiləm uşaq
Sevirdim o qızı, mənim olacaq
Elə hey onu düşünərək yatırdım
Yəqin qızımın adı Nərmin olacaq