General-Mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntüləri ortaya çıxıb.
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib. DİN-in mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.
***
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntüləri ortaya çıxıb.
Həmin görüntülərdə Tamerlan Əsədullayevin keçən ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisəsi öz əksini tapıb.
Mübahisənin yekununda isə general oğlu ofisiantı bıçaqlayıb. Videodan da göründüyü kimi, ofisiant insidentdən qaçmağa çalışsa da Tamerlan Əsədullayev onun ardınca düşüb və istəyinə nail ola bilib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev ötən ay məhkəmə zalından sərbəst buraxılıb. Onun barəsində 3 il şərti cəza təyin olunub.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.