Simfonik muğam janrı böyük Azərbaycan bəstəkarı Fikrət əmirov tərəfindən yaradılmışdır. Fikrət Əmirovun simfonik muğamları milli muğama əsaslanmaqdadır. Bəstəkar-dirijor Niyazi də bu janra öz töhvəsini vermişdir. "Rast" simfonik muğamı
Symphonic mugham genre was created by great Azerbaijani composer Fikret Amirov. Fikret Amirov's symphonic mughmas were based on national Azerbaijan folk music mugham.
Əziz həmvətənlilərim, əziz Azərbaycan xalqı. 20 ci əsirdə Azərbaycam Milli Klassik Musiqisinin Üzeyir Hacıbəyov tərəfindən əsası qoyulmuş, elə bu əsirdədə ən pik nöqtəsinə çatdırılmışdır. Neçə-neçə dahi bəstəkarlarımız milli musiqimizə böyük töhvələr vermişdir. Şərqdə ilk operanın, klassik musiqi mədəniyyətinin əsası ölkəmizdə qoyulmuşdur. Bəstəkarlarımız bununla qalmayıb, Azərbaycan Milli Musiqisinə yeni musiqi janrları ilə töhvələr verimişdirlər. Simfonik-muğam (Fikrət Əmirov), jazz-muğam (Vagif Mustafazadə) kimi janırlar buna ən gözəl misallardır. Üzeyir Hacıbəyov başda olmaqla Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Asəf Zeynallı, Cahangir Cahangirov, Soltan Hacıbəyov, Müslüm Maqomayev, Emin Sabitoğlu, Niyazi, Tofiq Quliyev, Şəfiqə Axundova kimi saya bilmədiyim neçə-neçə görkəmli bəstəkarı olan bir məmləkətin Milli Musiqisi: Xalq mahnıları, Milli Klassika, Muğam, Aşıq sənəti və s. gənc nəsil tərəfindən bilinməməkdə və unudulmaqdadır. Özlərinə musiqiçi deyən bəzi rəzil ifaçılar bu gəncliyin musiqi zövqünü korlamaqdan əl çəkmirlər.
Amma bunun qarşısını ala bilərik. Necəmi? Gözəlim milli musiqimizi dinləyib, dinlədərək. Ailəmizə, dostlarımıza, övladlarımıza, şagird-tələbələrimizə, sevdyimiz hər kəsə bu musiqiləri, bəstəkarlarını tanıdaraq bunların qarşısnı ala bilərik. Mən hər bir vətəndaşımızdan xaiş edirədim ki, milli incilərimizi öz kanallarımıza yükləyib, sosial şəbəkələrimizdə paylaşaq. Əzəmətli Azərbaycan Musiqisinin batmağına, məhv olmağına imkan verməyək. Tək dövlətin əməyini, işlərini gözləməyək. Konsertlərə gedək, opera və baletləri izləyək, izlədək. Əgər hər ailədə bunları təbliğ edən olsa, o zaman bəlkədə bəzi ailələrdən yenə o böyük insanlar kimi görkəmli musiqiçi, drijior, bəstəkarlar yetişdi. Mən inanıram ki, indiki və gələcək gənc nəsillər irəlidə Milli Musiqimiz üçün çox işlər görəcəklər. Buna bütün qəlbimlə inanıram.
Rast simfonik muğamı Niyazinin şah əsərlərindəndir. Bu musiqini dinləyək, paylaşaq ki, başqalarıda dinləyə bilsin. Təşəkkürlər!
Səs yazma: Üzeyir Hacıbəyov adına Azərbycan Dövlət Simfonik Orkestrinin ifası.