Veli Qasimov - 'El Goleador Del Caspio'
Qasımov 1992-ci ilin yazında Rusiyanın "Spartak" Moskva klubuna transfer olub. Bu klubda çıxdığı 6 görüşdə qapılara yol tapa bilməyib, bunun nəticəsi kimi klub rəhbərliyi onun şəhərin digər klubu olan "Dinamo" Moskva klubuna keçidinə razılıq verib. Qasımov kariyerasının ən uğurlu mövsümünü burada keçirib. O, Rusiya premyer liqasının bombardiri olub. Qasımov 17 oyunda 16 qol vurmağa nail olub. Əsas çempionatda Yuri Matveyev 20 qolla bombardirlər siyahısına liderlik etməsinə baxmayaraq çempionun məlum olacağı pley-off mərhələsində iştirak etmədiyinə görə Vəli Qasımov bombardir kimi qəbul olunub. O, "Dinamo" Moskva klubunda bombardirlikdən başqa başqa bir rekorda imza atıb. Qasımov Rusiya çempionatında bir mövsümdə iki dəfə het-trik edən 12 futbolçudan biridir. O, bunu yalnız bir mövsümdə edərək də ayrı bir rekorda imza atıb.
1993-cü ilin qışında Qasımov "Dinamo" Moskva klubundan İspaniyanın "Real Betis" klubuna transfer oldu. 1992-1993 mövsümünün yarısını 1993-1994 və 1994-1995 mövsümdə "Real Betis"də çıxış edən Qasımov 1994-95 mövsümündə "Real Betis"in La Liqaya yüksəlməsində böyük rol oynamışdır. Bu dövr ərzində o, 9 qol vurmağı bacardı. 1994-1995 mövsümünün sonunda o, başqa bir La Liqa təmsilçisi "Albasete" ilə müqavilə imzaladı. Bir mövsüm ərzində 22 oyun keçirən Qasımov komandasının ikinci divizyona düşməsinə maneə ola bilmədi. Buradan o, ikici divizyon təmsilçisi "Esixa" klubuna transfer oldu. Mövsümün sonunda "Esixa" ikinci divizyon B-yə düşdü.
"Esixa"nın aşağı liqaya düşməsindən sonra o, Portuqaliyanın "Vitoriya" Setubal klubuna transfer oldu. Bu klubda Qasımov uğurlu qrafik cızdı. İlk mövsümündə klubu 13-cü pilləni tutsa da, ertəsi mövsüm "Vitoriya" Setubal 5-ci yerin sahibi oldu. 1999-cü ilin yayında Qasımov Portuqaliya 3-ci divizyon təmsilçisi "İmortal" klubuna transfer oldu. Bu klubda 2 mövsüm keçirsə də klubunu yuxari pillələrə çıxara bilmədi və 2001-ci ilin yayında futbol karyerasını başa vurdu..
Vəli Qasımov Azərbaycan yığma komandasında yalnız 14 oyun keçirib. Bu oyunlarda qapılara yol tapa bilməyib. İlk dəfə milli komandaya 1994-cü ildə dəvət alıb. Son dəfə isə 1998-ci ildə milli komandaya dəvət alıb..
Vəli Qasımov qısa müddət portuqaliya aşağı divizyon klubu olan Gelvesin məşqçisi oldu. Son iş yeri Azərbaycan yığma komandasının məşqçisi Berti Foqtsun köməkçisi və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı vəzifələri olmuşdur.