Ordun varsa, Yurdun var
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda Ordu quruculuğuna yenidən başlanılmışdır. Lakin erməni təcavuzu, Azərbaycan –ermənistan, Dağlıq Qarabağ münaqişəsinin daha da alovlanması, iqtisadi və siyasi tənəzzül ölkədə silahlı qüvvələrin yaradılması prossesini çətinləşdirirdi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi və 1994-cü ilin mayından ermənistanla atəskəsin elan olunmasından sonra Silahlı Qüvvələrin inkişafına ciddi imkanlar yarandı.
Ümumilli lider heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsis edildi.
Bugun Ölkə Prezidenti, Ali Bas Komandan İlham Əliyev tərəfindən əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib.
2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil etmişdir.
Ötən illər ərzində dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə böyük ölcüdə vəsait yönəldilib.
Hazirda Azərbaycan silah və hərbi texnikaların satın alınmasına dair Rusiya, Türkiyə, İsrail, Ukrayna və s., hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa kimi ölkələrlə əməkdaslıq edir.
Eyni zamanda Silahlı qüvvələrin maddi-texniki təminatının ödənilməsi üçün 2005- ci ildən Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardım edir.
1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda və İraqda yüksək səviyyədə xidməti fəaliyyətini davam etdirirlər.