"Babamızın babasının babası" (1981) filmindən musiqi. Bəstəkar: Mobil Babayev.
"Babamızın babasının babası"
İl: 1981
Ölkə: Azərbaycan
Janr: dramkomediya
Rejissor:Tofiq Tağızadə
Bəstəkar: Mobil Babayev.
Rollarda:
Hüseynağa SadıqovSamir QədirovŞamil SüleymanovSəməndər RzayevHamlet QurbanovHəmidə ÖmərovaYelena QaracovaSabir MəmmədovRafiq ƏliyevEldəniz Zeynalov
Məzmun:
Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş Əziz baba (Hüseynağa Sadıqov) yaşayırdı. Bütün kənd onun qohumu olmasına baxmayaraq, heç kim qocanın yaşını dəqiq bilmirdi. O, kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı. Günlərin birində aydın olur ki, Əziz babanın 160 yaşı varmış. Təntənəli yubileyə hər yerdən adamlar axışıb gəlir. Babanı köhnə evdən təzəsinə köçürürlər.
Bir gün baba zorla ərə verilən Zeynəbi (Həmidə Ömərova) toy vaxtı atın tərkinə alıb öz evinə gətirir. Nəvəsinin (Sabir Məmmədov) bu qızı sevdiyini biləndə sevinci yerə-göyə sığmır.
Əziz baba, dağlar, məhəbbət qədər əbədidir. 160 yaşlı qoca filmdə məhəbbət və əbədilik ideyalarının daşıyıcısı kimi göstərilmişdir.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.