Bir vaxtlar hər kənddə dəyirman, hər evdə, ocqda təndir olardı. Artıq əksər bölgələrdə olduğu kimi Salyanda da dəyirmanlar tarixə qovuşub. Təndirdə çörək bişirmək adət-ənənsi isə get-gedə unudulur.
Vaxt vardı hansı kəndə getsəydin təndirə rast gələrdin. Həm də müqəddəs ocağımız, and yerimiz olub təndirlər. Təndirlərdə od qalanar, odunlar közə düşdükdən sonra çörək bişirilərdi. Təndir çörəyinin ətrindən, rayihəsindən belə.doymaq olmazdı. Min illərin sınağından çıxıb bu günümüzə qədər gəlib çatan bu qədim adət-ənənmiz deyəsən unudulurr. Kənd yerlərində təndir çörəyi bişirənlərin sayı ilbəil azaldıqca təndirlər də sıradan çıxır. 25 ildən artıqdır təndirdə çörək bişirən, Salyanın Şorsulu kənd sakini Sonaxanım Abbasova deyir ki təndir ona qayınanasından yadigar qalıb. Nə qədər ki ömrü, gücü var, elə çörəyi həmişə təndirdə bişirəcək.. çünki təndirdə bişirilən çörəyin dadı digər çörəklərdən çox-çox fərqlidir, həm də sərfəlidir . Kənd sakini Sona Abbasova təəssüflə bildirir ki, indi kənddə tək-tük adamlarda təndir qalıb. Insanlar nədənsə get-gedə təndirlərdən uzaq düşür. Xüsusi ilə gənc qızlar, gəlinlər.Və beləcə təndirdə çörək bişirmək adət-ənənəsi get-gedə unudulur. Belə getsə, deyəsən təndirlərimiz də kənd dəyirmanları kimi tarixə qovuşacaq.