Azərbaycan Dövlət İqtisad Universitetində Rus İqtisadiyyat Məktəbi yaradılıb. UNEC-in bakalavr pilləsinin rus bölməsində oxuyan tələbələr Rus İqtisadiyyat Məktəbində təhsil alacaqlar.
Məktəbin yaradılmasında məqsəd rus dilində iqtisadi təhsil əsasında yüksək ixtisaslı iqtisadçı kadrların yetişdirilməsidir. Rus İqtisadiyyat Məktəbində Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri də dərs deyəcəklər. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu koprorativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulur.
Məktəbin direktor müavini TƏRANƏ MUSAYEVA müəssisə haqqında məlumat verir:
"Rus İqtisadiyyat məktəbində iqtisadi profil üzrə 11 ixtisas var. Məqsədimiz gələcəkdə rus dilli məkana inteqrasiya etmək və rus dilli əcnəbi tələbələri cəlb etməkdir".
Qeyd edək ki, UNEC Cənubi Qafqazda dörd dildə təhsil verən yeganə iqtisadiyyat yönümlü universitetdir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünəcək. Bu da təhsildə yüksək keyfiyyəti təmin etməklə yanaşı, tələbələrin daha çox sosiallaşmasına zəmin yaradacaq.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.