Dağlarda döyüş (film, 1967)
Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə II Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.
Rejissor: Kamil Rüstəmbəyov
Ssenari müəllifi: Əhmədağa Qurbanov
Operator: Teyyub Axundov
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Cahangir Cahangirov
Rollarda: Şahmar Ələkbərov - Fərrux, Rza Əfqanlı - Sərxan, Möhsün Sənani - Qəmbər, Ofeliya Sənani - Hicran, Stanislav Kovtun - Mayor Nəzərov, Kamal Xudaverdiyev - Baş leytenant Rəhimov
Janr: Dram, döyüş, macəra, cinayət
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 74 dəq.
İl: 1967
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.