Hüseyn xan Naxçıvanskidən bəhs edən film Rusiya arxivlərindəki materiallar əsasında çəkilib
Azərbaycanın görkəmli hərbçisi, igidlikləri, hünərilə şanlı səhifələr yazan Hüseyn xan Naxçıvanski nəinki Azərbaycanda, dünya hərb tarixində böyük iz qoyub. Rusiya imperiyasında ciddi nüfuz sahibi olan azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanski həyatının ən işıqlı dövrünü çar Rusiyasına həsr edib. Xatirəsi Rusiyada və Azərbaycanda əziz tutulan sərkərdərin zəngin və keçməkeşli həyat yolu QAYIDIŞ filmi vasitəsilə ekralaşdırılıb. Hüseyn xan Naxçıvanskidən bəhs edən film həm də şanlı hərb tariximizi özümüzə qaytarır.
FİLMİN PRODÜSERİ TAHİR ƏLİYEV: "Hüseyn xan Naxçıvanskl bildiyimiz qərdər 1919 ildə həlak olunub amma məzarı bilinmir bu film ilə onun ruhunu Azərbaycana qaytarmaq istədik bu məqsədlədə filmin adın “Qayıdış” qoyduq"
“Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılıb. Ekran əsəri üç ilə ərsəyə gəlib. Filmdə əsasən Rusiya arxivlərindəki materiallardan geniş istifadə olunub.
FİLMİN PRODÜSERİ TAHİR ƏLİYEV: "Arxivlərdən foto səndələr əldə edə bildik indiyə kimi görmədimiyiz Azərbaycan üçün maraqlı fotoları əldə etdik. Heyfislənirəm ki onun məzarını tapa bilmədik".
Tarixçilər də bu cür şəxsiyyətlərin həyat və fəaliyyətini araşdıran sənədli filmlərin çəkilməsini vacib sayırlar.
TARİXÇİ FƏRHAD CABBAROV: "Film Azərbaycanın 19-cu əsrin əvvəli tarixi öyrənməsi hərb tarixinin öyrənilməsi üçün mühüm filmdir. Görkəmli sərkərdə haqda daha dolqun məlumatların olması nəzərə alsaq ki bu filmdə çoxlu yeni sənədlər verilib. Daha önəmli və maraqlı olacaq".
TARİXÇİ RƏVAN EYYUBOV: "Film barəsində çox böyük təəsürat formalaşdı. Belə tarixi şəxsiyyətlər barədə filmin çəkilməsi yüksək dəstəkliyirəm. Çox qürür verici haldır ki bizim Azərbaycan övladları illər keçməsinə baxmayaraq xatırlanır, gənc nəsilə nümünə olacaq səviyyədə göstərilir".
Film görkəmli sərkərdənin həyat və fəaliyyətini əks etdirməklə yanaşı, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə də örnək olacaq.
Hərbi ekspert RAMİL MƏMMƏDLİ: "Azərbaycanın hərb tarixini əməli ilə iz qoyan bu cür filmlərin çəkilməsi çox təqdirəlayiqdir. Hüseyn xan Naxçıvanski bu gün Azırbaycan gənclərininn hərb sənətinə yiyəlnməsi üçün örnəkdir".
QAYIDIŞ filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyası və “Lennauçfilm” studiyası birgə çəkib. filmin ssenari müəllifi və rejissoru “Lennauçfilm” studiyasının əməkaşı Valentina Qurkalenkodur. Sənədli film yaxın vaxtlarda Sankt-Peterburqda da nümayiş olunacaq.
Rusiya-Yaponiya və Birinci Dünya müharibələrinin iştirakçısı Hüseyn xan Naxçıvanski rus imperiyasının süvari qoşunlarının komandiri olub. Ömrünün sonunadək hərbi andına sadiq qalan Hüseyn xan Naxçıvanski "Müqəddəs Aleksandr”oreninin 2-ci dərəcəsi, "Müqəddəs Georgi” ordeninin 3-cü və 4-cü dərəcələri, "Müqəddəs Vladimir”, "Müqəddəs Stanislav” ordenlərinin bütün dərəcələri, "Müqəddəs Anna” kimi ən yüksək orden və medallarla təltif edilib. Lakin Hüseyn xan Naxçıvanski 1917-ci il inqilabını qəbul etmədiyi üçün Sovet İttifaqı dövründə onun adı hallanmayıb. Azərbaycan və çar Rusiyası hərb tarixinin ən görkəmli simalarından olan Hüseyn xan Naxçıvanskinin şərəfli adı bu günədək əsil qeyrət, hünər və sədaqət rəmzi kimi yaşayır.
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.