Axırıncı aşırım filmindən fraqment. Qəmlo və Kərbəlayi.
Axırıncı aşırım (film 1971) filmindən fraqment. Filmdə və Kərbəlayinin dialoqu.
Film haqqında
Film aktrisa Kübra Əliyevanın kinoda ilk işidir.
Film yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı əsasında ekranlaşdırılmışdır.[3]
Aktyor Yusif Vəliyevin Kərbəlayi İsmayıl obrazını səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov məsləhət görüb.
Film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdır.
Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlinski də, Kərbəlayı İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.
Əbdül Mahmudov: … "Axırıncı aşırım" filmində Məlik Dadaşovun silləsindən aldığım zədə hələ də dodağımın kənarında çapıq şəklində qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da hələ düzəltdirməmişəm, olduğu kimi qalır" [4]
Filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra Kamil Rüstəmbəyov filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən "Kərbəlayı Qəmlonu gəbərtdi" ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.
Filmin heyəti
Qeyd: filmin heyəti titrlərdəki sıraya görə göstərilmişdir.
Film üzərində işləyənlər
Ssenari müəllifi : Fərman Kərimzadə
Quruluşçu rejissor : Kamil Rüstəmbəyov
Quruluşçu operator : Rasim İsmayılov
Quruluşçu rəssam : Nadir Zeynalov
Bəstəkar : Arif Məlikov
Səs operatoru : Vladimir Savin(V. Savin kimi)
Rejissor : Tofiq Məmmədov(T. Məmmədov kimi)
Operator : R. Silonyan
Dekorasiya üzrə rəssam : T. Məlikzadə
Qrim üzrə rəssam : V. Bereznyakov
Montaj edənlər : A. Abramova, Rəfiqə İbrahimova(R. İbrahimova kimi)
Redaktor : İntiqam Qasımzadə(İ. Qasımzadə kimi)
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu(H. Əhmədoğlu kimi)
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev(M. Rəfiyev kimi)
Rejissor assistentləri : Ceyhun Mirzəyev(C. Mirzəyev kimi), Nicat Feyzullayev(N. Feyzullayev kimi)
Operator assistentləri : V. Romanov, F. Sekanced
Çalır : Kinematoqrafiya dövlət simfonik orkestri
Dirijor : Arif Məlikov
Filmin direktoru : Nazim Ələkbərov
İşıqçı : A. Məmmədzadə (titrlərdə yoxdur)
Əsərin müəllifi : Fərman Kərimzadə (titrlərdə yoxdur)
Rollarda
Həsən Məmmədov(H. Məmmədov kimi)- Abbasqulu bəy Şadlinski(Abbasqulubəy kimi)
Adil İsgəndərov(A. İsgəndərov kimi)- Kərbəlayı İsmayıl(Kərbəlayi kimi)
Məlik Dadaşov(M. Dadaşov kimi)- Qəmlo
Hamlet Xanızadə(H. Xanızadə kimi)- Talıbov
Həsənağa Turabov(H. Turabov kimi)- Xəlil
Şəmsi Bədəlbəyli(Ş. Bədəlbəyli kimi)- Şabanzadə
Tamilla Rüstəmova(T. Rüstəmova kimi)- Növrəstə
Şahmar Ələkbərov(Ş. Ələkbərov kimi)- İman
Əbdül Mahmudov(Ə. Mahmudov kimi)- Bəylər
Sadıq Hüseynov(S. Hüseynov kimi)-Səməd
Epizodlarda
Qeyd: obrazların adları titrlərdə qeyd edilməmişdir.
Elxan Qasımov(E. Qasımov kimi)-Vəli
Ə. Rzayev
Fazil Salayev(F. Salayev kimi)-Rəşid
Abbas Rzayev-Yaqub kişi
E. Kərimov
Əhməd Əhmədov(Ə. Əhmədov kimi)-Kərbəlayinin adamı
Muxtar Avşarov(M. Avşarov kimi)-Rəsul
Mirzəbala Məlikov(M. Məlikov kimi)-Şirəli
Məmmədsadıq Nuriyev(M. Nuriyev kimi)-Səməndər
Kübra Əliyeva(K. Əliyeva kimi)
D. Abdullayeva
Tariyel Qasımov(T. Qasımov kimi)-Xudayarın qardaşı
Bahadur Əliyev-Eyvaz (titrlərdə yoxdur)
Yusif Yulduz-kəndli (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu-komsomolçu (titrlərdə yoxdur)
Dadaş Kazımov-komsomolçu (titrlərdə yoxdur)
Gümrah Rəhimov-Kərbəlayinin adamı (titrlərdə yoxdur)
Nəcibə Behbudova-kəndli (titrlərdə yoxdur)
Kamil Qubuşov-kəndli (titrlərdə yoxdur)
Əli Xəlilov-kəndli (titrlərdə yoxdur)
Hacı İsmayılov-kəndli (titrlərdə yoxdur...
Показать еще
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше интересных видео и найти новых друзей.