Azərbaycan hakimiyyətində təmsil olunan ən güclü oliqarx-nazirlərdən biri, hazırda FHN-ə rəhbərlik edən Kəmaləddin Heydərovun MTN olaylarından sonra gözü qorxmağa başlayıb.
Bildirilir ki, nazir bununla bağlı qəti tapşırıqlar verib və təxirəsalınmaz tədbirlər görülməsini istəyib. Heydərovu narahat edən əsas məsələ tabeçiliyində və ya təsiri altında olan icra başçılarının sabiq MTN şefi ilə əlaqəli ola biləcəkləridir. Nazir düşünür ki, əgər belə bir əlaqə ortaya çıxarsa, proses onun da rəhbəri olduğu nazirliyə sıçrayacaq. Daxil olan məlumatda vurğulanır ki, Kəmaləddin Heydərovun dəyişmək istədiyi komanda üzvlərinin əksəriyyəti icra başçılarıdır. Bununla bağlı iddia edilir ki, ən çox təhlükə gözləyən iki rayon rəhbəri var. Onlardan biri Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov və Astaranın icra başçısı Qəzənfər Ağayevdir.
Mənbənin sözlərinə görə, istər Mikayılov, istərsə də Ağayev faktiki olaraq işə çıxsalar da, dövlət başçısının işdən çıxarmaqla bağlı sərəncamlarını gözləyirlər. Mənbə israrlarımıza baxmayaraq, hər iki başçısının sabiq MTN şefi ilə əlaqəli olduqlarına görə tədirgin düşdükləri barədə heç bir məlumat vermədi.
Astaranın icra başçısı Qəzənfər Ağayevi yerində tapmaq çətin məsələdir. Onun mütəmadi olaraq Bakıda olduğu və rayonu da bir çox hallarda uzaqdan idarə etdiyi deyilir.
Süleyman Mikayılova gəldikdə isə onun vəziyyəti hələ Avropa Yay Oyunları ərəfəsində çətin idi. Verilən məlumata görə, idman yarışları üçün xərclənən pullarla bağlı Qaradağın icra başçısının başının ağrıyacağı gözlənilirdi.
Başqa bir məlumata görə, Eldar Mahmudov vəzifəsini itirdikdən sora Kamaləddin Heydərovda təlaşa düşüb. Eldar Mahmudovla sıx əlaqələri olan bəstəkar nazir MTN-ın "qara kassası"na dəfələrlə milyonlarla pul verib. Məlumatı verən mənbə bir az da uzağa gedərək, hətta vaxtilə ziyafətlərdə K.Heydərovun E.Mahmudovsuz əyləşməsiyini bildirib. Mənbə iddia edir ki, hadisələr Heydərovun xeyrinə həll olunarsa, o bunu müqabilində bir neçə malikanədən və sahib olduğu tanınmış holdinqdən imtina etməyə hazır olduğunu bildirib: "Olanlara aydınlıq gətirmək istəyən Heydərovun ölkə rəhbərliyi ilə görüş istəyi isə hələ ki, qəbul edilmir".
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев