Предыдущая публикация
Səndə məhəbbətdən bölüm ayır ver.
Məhəbbət şərbətin ver öz əlinlə,
Zəhər olsa içim ölüm,ayır ver.
Mənə məhəbbətdən bölüm ayır ver.
Bil ki ,mən ürəkdən bağlıyam sənə ,
Ürək əsir düşüb gülüm ,sevginə.
Səndə öz sevgini çox görmə mənə.
Qalım ürəyində,yerim ayır ver,
Mənə məhəbbətdən bölüm ayır ver.
Məhəbbət bağını gəl birgə gəzək
Sevgi baxçamızdan min çiçək dərək
Səp sevgi toxumun öz ürəyində
Sevginin gülünü böyüt ayır ver
Mənə məhəbbətdən bölüm ayır ver
Qəlbin eşq otağı qapısı bağlı
Olum o otağın gizli açarı
Gəl seçim qəlbini sevgi ünvanı
Köçüm ürəyinə qalım ayır ver
Mənə məhəbbətdən bölüm ayır ver
C.Hacıyev

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев