Dünyanın pisi- pis ,əyrisi -əyri,
Gəl mənə dünyanın düzündən danış.
Onsuzda pis olan düzələn deyil,
Düzünü tərif et, düzündən danış.
Yalan üzə çıxar gec olar,ya tez
Yalan ayaq tutar,amma yeriməz
Doğru iş,doğru vəd ,doğru amaldan
Yalanı düz kəsən sözündən danış
Şikayət etmə gəl nadürüstlərdən
Günah nadürüstün özündə deyil
Günah nadürüstün genində imiş
Geninə lənət et,genindən danış
Ölümlü dünyadan heç nə danışma
O vaxt da fırlanıb,yenə fırlanır
Mərdi qovlayırlar namərd eyləyib
Mərdini namərdə satandan danış
Dünyanın kələfi düyün düşübdü
İlim ilim olub açılmaz daha
Ümüdünü bağla yalnız Allaha
Dinindən söz açıb, dinindən danış
Sözü söyləyənlər yüz olub dinir
Doğru söz deyənlər susubdur dinmir
Sözün qiymətini salıblar qardaş
Birinə qiymət ver, birindən danış
Dərin fikirləşmə az düşünginən
Dünya fikir ilə deyil düzələn
Dünyanın dərdini qoyaq qırağa
Gəl bir az dərdləşək ,özündən danış
C.Hacıyev

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев