--Bir baxın o şair şe`rini satır.--
Heç xəbər tutdunuz həmən o şair,
İllərdi dərdinin içində batır?
Göylərə ucalmır, sıxılıb qalıb
Yerin ətrafında nalələr, ahlar.
Allahın önündə boynunu büküb,
Xəcalət içində qalan "Günahlar".
Düşürük ən azı cənnət eşqinə,
Kiməsə verəndə bir tikə çörək.
Torpağın üstündə tutduğumuz əl,
Torpağın altında bilinsin gərək.
Tökübdür qırılmış ümidlərini
Sətirdən-sətirə, saxlasın niyə?
O şair kiminsə önündə durub
Oxşayıb, yalvarıb, ağlasın niyə?
Dünyanın min cürə nazu-ne`məti
Görmürsüz fələyin dizi üstədi?
Onsuz da şe`rini satan şairin
Ruhu bir məzarda üzü üstədi.
Kiminsə gözündə tükü də seçdik,
Amma gözümüzdə görmədik tiri.
Dünyanın özü də, düşüncəmiz də,
Həyat da, zaman da bir qınağ yeri.
Dedilər:--O şair şerini satır.--
Düşündüm:--Nolaydı yalan olaydı.
Xəlvətcə pul verib şe`rini deyil,
Azacıq könlünü alan olaydı.
Günahın yarısı içimizdəsə,
Başqa bir yarısı çölümüzdədir.
Əl tutmaq növbəsi nə vaxtdan bəri
Deyəsən daha sol əlimizdədir.
Kiminsə dilində, dediyim sözüm
Sıxılıb dolaşar yetim-yesir tək.
Gərək ağlımızdan, ürəyimizdən
Keçən hər kəlmənin nazını çəkək.
Yaşadım şairin yaşadığını,
Dərdi də dərdimə gəlib tuş oldu.
Bircə misrsını satan şairin,
Soruşun, tək bircə günü xoş oldu?
Bir qarın çörəyin düşdük dalınca,
İtirdi fikirlər heysiyyətini.
Satdırıb şe`rini, sən o şairə
Ey dünya, göstərdin müsibətini.
Sadiq Ümid.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев