Предыдущая публикация
Bu üzdən sevincdən uzaq düşmüşəm
Göz yaşıyam,qəlbdə hicran közüyəm
Bir nisgiləm, mən həsrətin özüyəm
Hicranın alovu yandırmaz məni
Hicran yanğısına mən öyrəşmişəm
Ayrılığam qəm çeşməsin gözüyəm
Mən qüssəyəm, mən həsrətin özüyəm
Ürəklərdə mən yetməyən diləyəm
Nakam eşqəm, yarımçıq bir qismətəm
Soruşmayın gəlin mənnən,mən kiməm
Kor taleyəm, mən həsrətin özüyəm
Qorxum yoxdu nə kədərdən,nə qəmdən
Bundan belə hicran mənə neynəyər
Kədər artıq qorxsun məndən çəkinsin
Çünki indi,mən həsrətin özüyəm
C.Hacıyev

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев