Предыдущая публикация
Istirakcilarimizin seire ne geder bagli oldugunu bilirem. Belke de bunun ucun seir otaqini elave etdim qrupumuza .. Sizlerden isteyim bu otaqda gormek istediyiniz seirleri yazasiniz . bezen olurki nese demek isteyirik amma bunu acib deye bilmirik ,deye bildiklerimizi seirlerle ifade edirik .kimisi ozu yazir ,kimisi kopya edib yazir (menim kimi) .amna ferqi yoxdu esas seirlerdi .......yaziriq .......deyirik.....oxuyuruq ....... Artiq seir otaqimiz var .bura ancaq seirler yazilsin mumkunse .ilk men baslayim deyirem ,konullerimizi feth eden Nusret Kesemenliden .........QEFIL GELDI AYRILIQ .......
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 357
Mən necə darıxım sənə xoş olsun?
Divlər uydururam, nağıl gəzirəm,
Saat əqrəbində zaman daş olsun.
Könlünü almağa bir yol gəzirəm,
Mən necə darıxım sənə xoş olsun?
Vecsiz adamların soyuq salamı...
Bezmişəm şəhərin bu səs-küyündən.
Göylər də qarğışa tutur adamı,
Məktublar tökülür quş dimdiyindən.
Daha darıxdırma şüşədə canı,
Qurtar bu tilsimdən sən məni, gözəl.
Bütün nağılların baş qəhramanı,
Sonunda qayıdır, sən də qayıt gəl...
İlk eşqin çiçəyi elə müqəddəs,
Qorxar, xəyanətin xarı oturmaz!
Elə alovlu ki, buz da əriyər,
Başına zamanın qarı oturmaz!
Sazağı da xoşdur sevgi fəslinin,
Kərəmi yanmağa şaddı, Əslinin,
Sevgidən yapılan könül qəsrinin,
Təməli uçulmaz, barı oturmaz!
Heykəl xatirəsi çevrilər daşa,
Çökər taleyinə, hopar yaddaşa,
Ruhun şəfəq saçıb işıqdan daşar,
Zülmətin bayquşu, sarı oturmaz!
İçində eşq varsa, cin-şeytan qaçar,
Sev, sinəndə olsun, cənnətə açar,
Qışda da bəxtinə çiçəklər açar,
Yaşıl pərvazlanar, sarı oturmaz!
Nə gözəl oxursan Ay sarı, bülbül,
Nəğmən yaralıdı, Ay sarı, bülbül,
Qısqanma, yarındı, ay sarı bülbül,
Nərgiz çiçəyinə arı oturmaz!!!
Canımın içi..6
Yaxşı ki ömrümün içində varsan,
Səni çox sevirəm canımın içi..!
Ömürlük tək mənə yeganə yarsan,
Səni çox sevirəm canımın içi..!
Sən mənim canımsan səni yaxmaram,
Acı söz söyləyib canı sıxmaram,
Heç kimin gözünə eşqlə baxmaram,
Səni çox sevirəm canımın içi..!
Günəşə çevrilər, ayın olaram,
Mən sənin əbədi tayın olaram,
İlahi bəxş edən payın olaram,
Səni çox sevirəm canımın içi..!
Başımı eşq üçün yerə əyəcəm,
Düşünmə xətrinə sənin dəyəcəm,
Yaxın gəl ürəkdən bir söz deyəcəm,
Səni çox sevirəm canımın içi..!
Verərəm ömrümü istəsən bada,
Salaram hər gecə hər gündüz yada,
Canımdan dəyərli sənsən dünyada,
Səni çox sevirəm canımın içi..! 03.01.2018
Məndə xoşbəxtliyi bəlkə bulacam..7
Səni sevəcəyəm sonsuza qədər,
Yaxşı ki ömrümün içində varsan..!
Səni görən təki qaçacaq kədər,
Məni xoşbəxtliyə aparan yarsan..!
Həyatım dəyişib olacaq başqa,
Təbəssüm qonacaq yanağlarıma..!
İnamın, güvənin artacaq aşka,
Dodağın dəydikdə dodağlarıma..!
Düşdüyüm quyudan çıxarıb məni,
Ən uca zirvəyə qaldıracaqsan..!
Bildikdə nə qədər sevirəm səni??
Eşqinlə qəlbimə saldıracaqsan..!
Dünyada ən xoşbəxt insan olacan,
Səni qollarımda əzizləyərkən..!
Məndə xoşbəxtliyi bəlkə bulacam,
Kirli ürəyimi təmizləyərkən..! 05.01.2018
Arzular..8
Bir yaz günü ola gələsən bizə,
Bir mən, bir sən, bir yaşıl çəmən..!
Əl-ələ tutuşub baxaq göz-gözə,
Bu elə arzudur istər hər sevən.!
Gəzək o çəməni biz başdan- başa,
Ətrin təravətin alaq güllərin..!
Arzumdur bir ömür yanımda yaşa,
Xətrinə dəyməyək gəl könüllərin..!
Uzanaq o yaşıl çəmənin üstə,
Arzular diləyək ulduzlar axsın..!
Buludlar yol alsın dəstəbə-dəstə,
Günəş öz qoynunu aya buraxsın..!
Sevgidən danışaq səhərə qədər,
Öpsün dodaqlarım gül yanağından..!
Nə bir bəla olsun nə qüssə kədər,
Xoş sözlər süzülsün bal dodağından..! 05.01.2018
Saraylar tikirsən viranlığıma..10
Qulaq as bir gözəl söz deyim sənə,
Yaxın gəl sözümü duymasın heç kəs..!
Çox yaxşı gəlirsən bilirsən mənə..
Sanki sənin ilə alıram nəfəs..!
Sən mənim dünyamın günəşisən bil,
Nurunu saçırsan qaranlığıma..!
Bu sevgi bəs həmin o sevgi deyil??!
Saraylar tikirsən viranlığıma..!!
Bu sevgi məhəbbət var axı kimdə??
Kim səni bu qədər sevə bilər ki??!
Yalanım olmayıb olmaz eşqimdə,
Kim yalan dediymi deyə bilər ki..??!
Səni dünyalara dəyişməm gülüm..!!
Sən mənim ən gözəl dünyamsan dünyam..!!
Sənsizlik min acı, sənsizlik zülüm,
Səninlə başlayır bil bütün xülyam..! 05.01.2018
Bilmirəm 11
Kasıblıq belimi elə qırıb ki,
Dikəlib ayağa dura bilmirəm.,!
Əlimi qaldırıb kişiyəm deyib,
Masanın üstünə vura bilmirəm..!
Bu gün ki çörəyin fikrin edirəm,
Gərəkdir ailəmi axı yedirəm,
O cür xəyallara dalıb gedirəm,
Başqa cür bir xəyal qura bilmirəm.!
Mən kimin günahın boynuma alam??
Oğruda deyiləm kimsədən çalam,
Haqlıya yanaşsam ac qalır balam,
Haqsız yanındada dura bilmirəm..!
Şeş qoşa yoxdurmu bu zərdə Allah??!
De necə dözüm mən bu dərdə Allah??!
Mərdi möhtac etdin namərdə Allah...!!
Namərdin qulağın bura bilmirəm..! 05.01.2018
Yaşayan mənəm..13
Ömrüm kitab-kitab, varağ-varağdır,
Yazan mən deyiləm yaşayan mənəm.
Günlərim yarı qara yarıda ağdır..
Pozan mən deyiləm yaşayan mənəm..!!
Hər an ömrümüzdən alıb aparır,
Verən mən deyiləm yaşayan mənəm..!
Həsrətin qəlbimdə fəryad qoparır..
Sevən mən deyiləm? yaşayan mənəm..!
Canımı dərd alsa könlümü kədər,
Bölən mən deyiləm, yaşayan mənəm.!
Sənin ürəyində sonsuza qədər,
Ölən mən deyiləm, yaşayan mənəm.!
Varsın səndən gəlsin bir ömür zülüm,
Çəkən mən deyiləm? yaşayan mənəm..!
Səni sənsizliklə hər zaman gülüm,
Bilən mən deyiləm?? yaşayan mənəm.! 06.01.2018
Mənim dualarım qəbul olunmur..14
Bu qara taleyin bu qara bəxtin,
Görəsən içinə ağ gün yazılıb??!
Dünya yaranandan bu günə kimi..
Neçə insanlara qəbir qazılıb??!
Zaman elə qaçır elə gedir ki,
Həyat çox ləngiyir sanki yorulub..!
Kimi dindirdimsə sevgi haqqında..
Dedilər eşq yoxdur, o uydurulub..!
Bəs necə yaranıb Məcnun Qeysdən??
Bəs necə yanıbdır Əsliyə Kərəm??!
Əgər yalandırsa sevgi- məhəbbət..
Bəs niyə canlara salıbdır vərəm??!
Sevgi sevənlərin inamıdırsa,
O inam hər aşiq qəlbdə bulunmur..!
Hər aşiq duasın eşidər Allah..!!
Mənim dualarım qəbul olunmur..! 06.01.2018
Mən səni bir ömür gözləyəcəyəm..15
Yenə surətini edirəm təsvir,
Çəkirəm rəsmini xəyalım ilə..!
Qəlbinə dəydimsə mənəm müqəssir,
Səni incitmişəm sualım ilə..!
Səni çox sevirəm bir gün dərdindən,
Məni qurtararsan əgər boğulsam..!
Səni sevəcəyəm söz verirəm mən,
Yenidən dünyaya əgər doğulsam..!
Mən bütün ömrümü, bütün günümü,
Bu gündən eşqinə edirəm həsr..!
Heç kəsin gücü yetməz kəsə önümü,
Qəlbimdə səninçün tikirəm qəsr..!
Getmə gözlərimdən bir anda kənar,
Darıxıb çox səni özləyəcəyəm..!
Sənə söz verirəm and içirəm yar,
Mən səni bir ömür gözləyəcəyəm..! 07.01.2018
Yaşanmışlar..17
Gözəl günlər idi məktəb illəri,
Tələbə adını bir almış idik..!
Eşqə vermiş idik biz könülləri,
Gözəl xəyallara hey dalmış idik..!
İl ötdü ay keçdi tanıdım səni,
Bir gün görməyəndə çox darıxırdım..!
Bəhanə gətirib min bir yol ilə..
Qarşına təsadüf deyib çıxırdım..!
Qalıb əhdimizə sadiq sevgilim,
Bir gün qapınıza nişan apardım.!
O qədər inamım vardı bu eşqə,
Sanırdım xoşbəxtliyi səndə tapardım..!
Mən zabit olmağa vermişdim qərar,
Kursları bitirib oldum Leytinant..!
Bilmirəm ki necə dəyişildin sən,
Səni çox dəyişdi il yarım həyat..!
Nişanı qaytardın tərk etdin məni,
Zülümlər üstümə hücuma keçdi..!
Ürəyim üç dörd il bu ayrılığın..
Kədərin qüssənin əzabın içdi..!
Hər gün zəng eyləyib mesajlar yazdın,
Məni çox üzürdü o ağlamağın..!
Mən isə xətt çəkib səhvinin üstə..
Öyrəndim
...ЕщёYaşanmışlar..17
Gözəl günlər idi məktəb illəri,
Tələbə adını bir almış idik..!
Eşqə vermiş idik biz könülləri,
Gözəl xəyallara hey dalmış idik..!
İl ötdü ay keçdi tanıdım səni,
Bir gün görməyəndə çox darıxırdım..!
Bəhanə gətirib min bir yol ilə..
Qarşına təsadüf deyib çıxırdım..!
Qalıb əhdimizə sadiq sevgilim,
Bir gün qapınıza nişan apardım.!
O qədər inamım vardı bu eşqə,
Sanırdım xoşbəxtliyi səndə tapardım..!
Mən zabit olmağa vermişdim qərar,
Kursları bitirib oldum Leytinant..!
Bilmirəm ki necə dəyişildin sən,
Səni çox dəyişdi il yarım həyat..!
Nişanı qaytardın tərk etdin məni,
Zülümlər üstümə hücuma keçdi..!
Ürəyim üç dörd il bu ayrılığın..
Kədərin qüssənin əzabın içdi..!
Hər gün zəng eyləyib mesajlar yazdın,
Məni çox üzürdü o ağlamağın..!
Mən isə xətt çəkib səhvinin üstə..
Öyrəndim yolunu bağışlamağın..!
Yalvarıb-yaxarıb ata-anama,
Yenidən barışa gətirdim sizi..!
Bir təhər axır ki toy eylədilər,
Allahda murada yetirdi bizi..!
İşlədim qazandım bir evdə aldım,
İki övladımız oldu çox şükür..!
Gücüm çatan qədər qeydinə qaldım,
Yenə çox dəyişdin vermədim fikir..!
Hər gün bir ayrı düşüncə tərzi,
Hər gün bir təkkəbbür içində gəzdin..!
O qədər naşükür yaşadın ki sən..
Axırda özündən özündə bezdin..!
Dedin rayonu istəmirəm mən,
Gəl gedək Bakıya yaxşıdır şəhər..!
Məndə nəyim varsa satıb hamsını..
Bakıdan ev aldım axır bir təhər..!
Köməkdə etdilər bacim-qardaşım,
Sandım ki bu yolla hər şey düzələr..!
Mən hardan biləydim sənin başına..
Həddindən artıqda bir hava gələr..!
Yoxdur imarətlər saraylar tikəm,
Nə gücüm nə pulum bəs edər daha..!
İtib aramızda sevgi məhəbbət..
Səni tapşırıram tək bir Allaha..!
Düşmənin deyildir bacım-qardaşım,
Nə atam, nə anam ağıllı ol sən..!
Nə yalvar, nə ağla deyim biləsən..
Sənin üzərindən xətt çəkirəm mən..!! 08.01.2018
Bu ayrılıq əbədidir bilirəm,
Ağlamağım, sızlamağım əbəsdir..!
Baxışların həyat verir ömrümə,
Öpüşlərin ürəyimə nəfəsdir..!
Gündüzlərim sakit səssiz-səmirsiz,
Gecələrim min fəryadır, min ahdır..!!
Bu sevgidə günahkarıq ikimiz..
Bəxş eliyən deyirsən ki Allahdır..!!
Sevinclərim yalnız xəyallarımdı,
Reallarım acı olub hər zaman..!
Deyirdilər unutmaq çox asandı,
Yadımdadır xatirələr anba-an..!
Könlüm artıq həqiqəti dərk edir,
Mən illərdir aldatmışam özümü..!!
Nə bir anlıq, nə bir saat, nə bir gün,
Yollarından çəkməmişəm gözümü..!
Sev-sev deyib ürəyimə hər zaman,
Xəyalını sübhə qədər qurmuşam..!!
Varlığımla yoxluğuna sevgilim..
Dəli kimi qucaq açıb durmuşam..! 10.01.2018
Düşündüm ruhumsan, sən gərəyimsən,
Səni sevməmişdim unutmaq üçün.
Yanımda qalırsan, qal ürəyimsən,
Gedirsən yol yoxdur qayıtmaq üçün!
Sən elə bilmə ki, ac-susuz quşam,
Açarsan ovcundan sevgi dənliyəm.
Bağışla, qürurum yol verməz, paşam,
Mən Allah qəzəbli, dəvə kinliyəm!
Mən indi bir sevgi boyu qəbirəm,
Üstümə qar yağan, yağışlayan var.
Ay ömrüm, yanımda qalda demirəm,
Get səni hardaki bağışlayan var!
Gedirsən, bu ömrü ayrılığa yaz,
Gedirsən, getdiyin öz yolun olsun.
Qorxuram cibində xərcliyin olmaz,
Ömrümdən götür ki, yol pulun olsun!
Vasif Zöhraboğlu
Mənə "əsəbisən" deyən - düz deyir.
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim, nə zaman çıxdım özümdən.
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına,
Əsəbiyəm,
çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm, isti qanım var.
Mənə biganədir soyuqqanlılıq,
Hər şeyə öz ölçüm, öz tərəzim var.
Sənin qərəzinin mənə dəxli yox,
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən –
Fikirsiz, məsləksiz ölü canlara? Bəli, əsəbiyəm,
heç çəkinmədən
Mənim əqidəmə toxunanlara.
Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli, əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli,
Qurda da bəli?
Deyirsən, olmasm baxışım mənim?
Nöqsanım budursa əgər...
deməli,
Ancaq naxışımdır yanlışım mənim.
Bəxtiyar Vahabzadə
( Nusret Kesemenli )
Sensizliye oyret meni,
Unutdur baxislarini,
Qara gozunu, qaslarini..
Sil gozunun yaslarini,
Demedim ki kovrelt meni,
Sensizliye oyret meni..
Bir ac qusam, bax densizem,
Ozge yerde, cemensizem,
Gor nece ildi sensizem..
Yorur axi hesret meni,
Sensizliye oyret meni..
Sensizliye dustaq olum,
El catmayan bir dag olum..
Sen kulek ol, yarpaq olum,
Ese-ese titret meni,
Sensizliye oyret meni..
Ozge eller ovutmusam,
Elin bilib berk tutmusam..
Men ozumu unutmusam,
Mensizliye oyret meni
Yarım ol 96.
Bülbül olum sən də mənim gül baxçam çəmənzarım ol.
Mən səni sevdiyim qədər səndə məni sev yarım ol.
Bu ayrılığ üzdü məni həsrət mənə verdi əzab,
Duyğularım, arzularımdan yazılıbdır bu kitab,
Fikirləşib dərin-dərin suallarıma ver bir cavab,
Arzularmın şahidi ol, həm sevgili-dildarım ol..!
Tək səni istəyir canım, tək sənsən mənim özəlim,
Səndən qeyrisində mənim, gözlərim yoxdur gözəlim,
Mən eşqindən divanəyəm, gəl tut əlimdən düzəlim,
Tək həyatım, tək ömürüm, tək nəfəsim, tək varım ol..!
Bu duyğular düşüncələr bir an buraxmır ki rahat,
Xəyalların gecə-gündüz eyliyir məni narahat,
Əbəsdir sənsiz yaşamağ, səninlə başlarkən həyat,
Mən uca bir zirvəli dağ, sən başımda ağ qarım ol.
Yada düşsəm çəkinmədən zəng eləyib məni ara,
Çağır gülüm mən gələrəm sən istəyərsənsə hara,
Eybi yoxdu eşq üzündən bir günü çəksələr dara,
Ey sevgilim, canım-
...ЕщёYarım ol 96.
Bülbül olum sən də mənim gül baxçam çəmənzarım ol.
Mən səni sevdiyim qədər səndə məni sev yarım ol.
Bu ayrılığ üzdü məni həsrət mənə verdi əzab,
Duyğularım, arzularımdan yazılıbdır bu kitab,
Fikirləşib dərin-dərin suallarıma ver bir cavab,
Arzularmın şahidi ol, həm sevgili-dildarım ol..!
Tək səni istəyir canım, tək sənsən mənim özəlim,
Səndən qeyrisində mənim, gözlərim yoxdur gözəlim,
Mən eşqindən divanəyəm, gəl tut əlimdən düzəlim,
Tək həyatım, tək ömürüm, tək nəfəsim, tək varım ol..!
Bu duyğular düşüncələr bir an buraxmır ki rahat,
Xəyalların gecə-gündüz eyliyir məni narahat,
Əbəsdir sənsiz yaşamağ, səninlə başlarkən həyat,
Mən uca bir zirvəli dağ, sən başımda ağ qarım ol.
Yada düşsəm çəkinmədən zəng eləyib məni ara,
Çağır gülüm mən gələrəm sən istəyərsənsə hara,
Eybi yoxdu eşq üzündən bir günü çəksələr dara,
Ey sevgilim, canım-gözüm çəkildiyim sən darım ol..!
Keçib ömrümün baharı, payız gəlib əsir külək,
Eşqin ilə nəfəs alır sinəmdə vurduğca ürək,
Boş qalan əllərim donur əllərimi tutan gərək,
Həm tufanım, həm boranım, həm payızım baharım ol..!
Aşiqə zülm eyləmə yar insafın olsun bu qədər,
Min ömürüm olsa belə uğrunda edərdim hədər,
Gəl ki bitsin ağrım acım, gəl ki yox olsun bu kədər,
Həyatımın mənası ol, həm sevgilim həm yarım ol..!
27.04.2018
Qohumdan-qonşudan, uşaqdan da çox
Adam xəyalından xəcalət çəkir.
(ixtisarla)
Ac toyuq yuxuda darı görən tək
Yuxular görürsən, hələ çin deyil,
Sehirli çırağın əsil sahibi
İndi anlayırsan Ələddin deyil.
Daşdan da çıxmayır bir tikə çörək,
Daşı da sıxıblar, suyu çıxıbdı,
Quyunun dibində Məlik Məmmədin
Önünə lap dərin quyu çıxıbdı.
Zamanı gözündə saxlayır ümid,
Bürünüb quruca təsəllilərə,
Adam, adam kimi gəlir dünyaya,
Doğulur bir kərə, ölür min kərə.
Nəsə düşüncəmdə küləklər əsir,
Allah axırını xeyir eləsin.
Günümü satıram qəpik-quruşa,
Həm də dərd edirəm, alan neyləsin?
Sadiq Umid
[17.05.2018
17:23] CEYHUN SEVSEV: Sirli umut..Nədəndir o gözlərə dolub qarə bulut durub??!
Dərin intizardadı onda sirli umut durub..!
Dilin sevmirəm deyib qəlbimi qırmışsada bil..
Mənə sevdiyini deyən gözlərin var sübut durub..!
Gələ bilmərəm sənə qorxudan deyil biləsən..
İkimiz arasında yasaqlanmış hüdut durub..!
Arayıb sormayıram bir xeyli vaxtı sevgilim,
Elə bilmə ki həsrət səni mənə unutdurub..!
Sevsev ilahi eşqə könlünü vermiş bunca il,
Diz çöküb, səcdə edib, tutub artıq qunut durub..!
17.05.2018
Səni ürəyimin içinə qoydum...
Bir sirr var saxladım səndən gizlicə,
Yandırıb kül etdi məni hər gecə,
Necə izah edim mən deyim necə,
Mən səndə sevginin əslini duydum..!!
Səni ürəyimin içinə qoydum..!!
Susdurdum qəlbimin olan min ahın,
Sevginə həsr etdim ümüd pənahın,
Çəkərəm bu eşqin versən günahın,
Daş olmuş qəlbimi eşqinlə oydum..!
Səni ürəyimin içinə qoydum..!
Gözümdən yaşlarım uğrunda axıb,
Nərələr qoparıb şimşəklər çaxıb,
Hüsnü-camalına bir dəfə baxıb,
Bir ömür məst oldum bir ömür uydum..!
Səni ürəyimin içinə qoydum..!
De mənə qəlbinin olan hər söznü,
Dik mənim gözümə eşq dolu göznü,
Gedib uzaqlarda axtarma öznü,
Bədəndən çıxarıb canımı soydum..!
Səni ürəyimin içinə qoydum..!
18.05.2018
Bir də yollarına çıxmadım bəlkə,
Hətta xəyalımı izlədəcəyəm..!
Seçəcəm özümə bir ayrı ölkə,
Getdiyim ünvanı gizlədəcəyəm..!
Hardayam necəyəm özün ver cavab,
Nə axtar, nə də ki sorağla məni..!
Mən eşq barəsində yazılan kitab,
Bir götür əlinə varağla məni..!
Hissim boğdu məni mən hey alışdım,
İstədim qəlbimi sənə açmağı..!
Yanına gəlməyə mən çox çalışdım,
Sənsə asan bildin atıb qaçmağı..!
Hardan ürəyimin hissini dedim,
Başqa bir söz salıb söhbət eylədin..!
Mən sənin sevgindən min kədər yedim,
Sən mənim sevgimdə axı neylədin??!
Arzum öz ünvanın çıxartdı yaddan,
Ümüdüm bir böyük çırpıldı daşa..!
Hisslərim bir köynək geyindi oddan,
Gəl Ceyhun o varkən sən onsuz yaşa..!!!
23.05.2018
O varkən onsuz yaşa..
Bir də yollarına çıxmadım bəlkə,
Hətta xəyalımı izlədəcəyəm..!
Seçəcəm özümə bir ayrı ölkə,
Getdiyim ünvanı gizlədəcəyəm..!
Hardayam necəyəm özün ver cavab,
Nə axtar, nə də ki sorağla məni..!
Mən eşq barəsində yazılan kitab,
Bir götür əlinə varağla məni..!
Hissim boğdu məni mən hey alışdım,
İstədim qəlbimi sənə açmağı..!
Yanına gəlməyə mən çox çalışdım,
Sənsə asan bildin atıb qaçmağı..!
Hardan ürəyimin hissini dedim,
Başqa bir söz salıb söhbət eylədin..!
Mən sənin sevgindən min kədər yedim,
Sən mənim sevgimdə axı neylədin??!
Arzum öz ünvanın çıxartdı yaddan,
Ümüdüm bir böyük çırpıldı daşa..!
Hisslərim bir köynək geyindi oddan,
Gəl Ceyhun o varkən sən onsuz yaşa..!!!
23.05.2018
Cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan
Muradım şəmi yanmazmı!
Həyatla oynadım bir böyük qumar,
Mən üç tuz çıxartdım üç tuz çıxartdı..!
Şirin yaralarmın üstə səpməyə..
İstiot çıxartdı ağ duz çıxartdı..!
Batdı xəyallarım hər gün dərinə,
Könlümü verəndən uzaq birinə,
Namənin məktubun indi yerinə,
Vapçatı çıxartdı bultuz çıxartdı..!
Qəribə yazısı var bu həyatın,
Hökmü bir başqadır hər bir saatın,
Sürdü üstümüzə yarağlı atın,
Bizidə önünə yalnız çıxartdı..!
Yönəldib qəlbləri şeytan yönünə,
Saxlayıb özünü ən dar gününə,
Hətta ən namuslu insan önünə,
Əxlaqsız binamus bir qız çıxartdı..!
Saysam saya gəlməz min cür oynu var,
Şahıda taxtından salıb edir xar,
Nə ismət, nə həya nədə edir ar,
Nə yanan canmıza o buz çıxartdı..!
03.06.2018
Sən ey saqqal tutub şalvar gödəldən,
Hicabsız qızlara pis gözlə baxma..!
Dön geri çevrilib həyatına bax..
Bütün həyatına bir sözlə baxma..!
Dəyiş həyatını dəyiş özünü,
Haramdan uzaq et düzdü gözünü,
Allahdan qorx deyib dön sən üzünü,
Allah yaradana kin üzlə baxma..!
De danış bir acı kəlam söyləmə,
Dəvət et hər kəsi məcbur eyləmə,
De zaman qatardır burda əyləmə,
Son mənzilə qədər sən gözlə baxma..!
Allahı sevənin vardır səvabı,
Bəzi sualların olmaz cavabı,
Hər qadın müqəddəs bilir hicabı,
Çoxu getmək istər bu izlə baxma..!
03.06.2018
Sən gedəndən həyatıma,
Çöküb mənib qüssə-kədər..!
Arxan ilə ağlamışam..
Bilməzsin sən mən o qədər..!
Yalnızlığa öyrəşdirib..
Səni sevən bu canımı..!
Səndən sonra çox istədim.
Sevəm ayrı bir xanımı..!
Bəlkə səni unutdura...
Dərdlərimə imdad edə..!
Bir yeni eşq yeni sevgi..
Ürəyimdə icad edə..!
Amma olmadı faydası..
Vəfasıza çıxdı adım..!
Səni sənsiz qalan ömrün..
İçərsində hey aradım..!
Qəlbimdəki bu boşluğu..
Doldura bilməz ki heç kəs.!
Hani məni ömrün boyu..
Sevəcəkdin nə oldu bəs??!
Çıxıb getdi arxan ilə..
Ömrümdəki səadətim..!
İndi isə qəm çəkməkdir..
Dərd çəkməkdir bil adətim..!
Təsəllidir şeirlərim ..
İndi yalnız ürəyimə..!
Xəyalların çatır artıq..
Daha mənim köməyimə..!
Yoxdur qəlbimin taqəti..
Varlığını təsvir edə..!
Nə deyim ki daş qəlbinə..
Sənin axı təsir edə??
04.06.2018
Bəlkə səni bağışladım..!
Könlümə illər öncə mən yar olaraq səni seçdim,
Can nədir ki ey sevgilim sənə görə ondan keçdim,
Doldurub bir eşq badəsi sənin sağlığına içdim,
Sən də məni sevdiyini söyləyərkən alqışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Çox şad idim dar günümdə sən dadıma yetdiyində,
Qəmə düşdüm dərdə düşdüm çəkib bir gün getdiyində,
Səni sevməyimə məni daha peşiman etdiyində,
Öz özümə sitəm edib varlığımı qarğışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Seçdim çətin zülüm olan ağır dərin məhəbbəti,
Uzaq etdim ürəyimdən həm nifrəti, xəyanəti,
Aşiqini dərd öldürür toplayaraq cəsarəti,
Keçən ömrü heçə sayıb yenisinə mən başladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Ceyhun səni o sevdiyin dərdə salıb bu cür düzdü??
Eşqini zəhər eyləyib bir badədə sənə süzdü..
Mənidə bir vəfasız yar səni üzən qədər
...ЕщёBəlkə səni bağışladım..!
Könlümə illər öncə mən yar olaraq səni seçdim,
Can nədir ki ey sevgilim sənə görə ondan keçdim,
Doldurub bir eşq badəsi sənin sağlığına içdim,
Sən də məni sevdiyini söyləyərkən alqışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Çox şad idim dar günümdə sən dadıma yetdiyində,
Qəmə düşdüm dərdə düşdüm çəkib bir gün getdiyində,
Səni sevməyimə məni daha peşiman etdiyində,
Öz özümə sitəm edib varlığımı qarğışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Seçdim çətin zülüm olan ağır dərin məhəbbəti,
Uzaq etdim ürəyimdən həm nifrəti, xəyanəti,
Aşiqini dərd öldürür toplayaraq cəsarəti,
Keçən ömrü heçə sayıb yenisinə mən başladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Ceyhun səni o sevdiyin dərdə salıb bu cür düzdü??
Eşqini zəhər eyləyib bir badədə sənə süzdü..
Mənidə bir vəfasız yar səni üzən qədər üzdü,
O gündən mən məhəbbəti sevgini yarı boşladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!!
05.06.2018
Səndən elə xoşum gəlir..!
Sevmək üçün çalışırsan,
Od tutaraq alışırsan,
Şirin-şirin danışırsan,
Səndən elə xoşum gəlir..!
Var edirsən çoxu azdan,
Ürəyim od sənsə buzdan,
Xoşum gəlmir başqa qızdan,
Səndən elə xoşum gəlir..!
Günlərimi saya-saya,
Nə deyim bu qismət, paya,
Deyirəm günəşə, aya ,
Səndən elə xoşum gəlir..!
Nazlı-nazlı gülüşündən,
Eşqi mənlə bölüşündən,
Dodağımı öpüşündən,
Səndən elə xoşum gəlir..!
Sənsiz vardı mənim neyim?
Sənsən varlığım hər şeyim,
İstə mən dünyaya deyim,
Səndən elə xoşum gəlir..!
Ay tək saçan üzlərindən,
Sevgi qoxan sözlərindən,
O qəhvəyi gözlərindən,
Səndən elə xoşum gəlir..!
Gəl incitmə ruhu-təni,
Sevdiyini söylə məni,
Çox sevirəm bilki səni,
Səndən elə xoşum gəlir..!
10.06.2018
Bunları mən yaşamışam..!
Sən arzusu, ümüdləri boşa çıxan heç gördünmü??
Sən xəyallar aləmində de bir ömür heç sürdünmü??
Sən heç göz yaşların ilə ürəyində eşq hördünmü??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Yarın üzülməsin deyə yalan saxta sən güldünmü??
Ürəyindəki sevgini xəyallarınla böldünmü??!
Hər gün həsrətlə yaşayıb, hər gün həsrətlə öldünmü??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ulduzların axmasını göy üzündə izlədinmi??
Hər gün bir az həsrət çəkib sevdiyini özlədinmi??
Dönməcəyini bilə-bilə yollarını gözlədinmi??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ürəyinə dağ çəkərək onu yarsız dağladınmı??
Ümüdünü heç olmayan bir ümüdə bağladınmı??
Arzuların məhv olduğu gecəsində ağladınmı??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ümüd ilə arzu ilə yollarıma baxdınmı heç??!
İldırım tək edib fəryad göy
...ЕщёBunları mən yaşamışam..!
Sən arzusu, ümüdləri boşa çıxan heç gördünmü??
Sən xəyallar aləmində de bir ömür heç sürdünmü??
Sən heç göz yaşların ilə ürəyində eşq hördünmü??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Yarın üzülməsin deyə yalan saxta sən güldünmü??
Ürəyindəki sevgini xəyallarınla böldünmü??!
Hər gün həsrətlə yaşayıb, hər gün həsrətlə öldünmü??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ulduzların axmasını göy üzündə izlədinmi??
Hər gün bir az həsrət çəkib sevdiyini özlədinmi??
Dönməcəyini bilə-bilə yollarını gözlədinmi??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ürəyinə dağ çəkərək onu yarsız dağladınmı??
Ümüdünü heç olmayan bir ümüdə bağladınmı??
Arzuların məhv olduğu gecəsində ağladınmı??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ümüd ilə arzu ilə yollarıma baxdınmı heç??!
İldırım tək edib fəryad göy üzündə çaxdınmı heç??
Ceyhunun ürəyi qədər bir ürəyi yaxdınmı heç??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
18.06.2018
duygularin ozunde
arzular donub qalib
sene hesret gozumde
yasamaq istemedim sensizliyin qoynunda
goz yasina cevrildim ayriligin yolunda
meni hesret oldurub
indi ozun qoruyub,
oz elinle ruhumu
buludlara buruyub
Semanin goz yasiyla asimana tapsir sen
bu deli mehebbeti
qelbimde apardigim
son gumana tapsir sen
Meni hesret oldurub
Ciceklerin ruhu yox
Ruhumun mezarina duygulari getir sen
menim ondan duydugum gul qoxulu etir sen
meni hesret oldurub
Sevgi omru yasa sen
Sene ehsen deyirem
axi nece bacardin
senin ile doyunen bu divane ureyi
cevirmedin dasa sen
Meni hesret oldurub
Son ana yetismedin
Ureyimde o gizli
Sevgimle gorusmedin
Indi bir ruh heykelin onune geleceksen
Belke bu gunden sonra seklimi seveceksen...
İstəməzdim sevəsən bu cür məni minnət ilə.
Səni sevdim, sanırdım müjdələndim cənnət ilə.
Bir acı söz söyləyib qırmamışam heç bir kəsi,
Yanaşmışam mən sevən hər ürəyə hörmət ilə!
Alaraq ürəyimdən sevgini sən getmiş idin,
Geri dönərsən axı de hansı cəsarət ilə??!
Mən hələ sadiqiyəm sənsiz qalan bu sevginin,
Yaşamağa məhkumsan ömürlük xəyanət ilə.!
Ceyhunun bircə səhvi nədir gülüm deyim sənə??
Çünki səni sevibdi olmaz bir məhəbbət ilə..!
05.08.2018
Səni xatırladır mənə sevgilim..!
Hər həzin musiqi, hər həzin bir səs,
Hər acı hər kədər, hər ağlayan kəs,
Aldığım verdiyim çəkdiyim nəfəs,
Səni xatırladır mənə sevgilim..!
Dönüb getdiyində o qalan izlər,
Yoluna dikilib baxan bu gözlər,
Səninçün yazdığım hətta bu sözlər,
Səni xatırladır mənə sevgilim..!
Yazdığım şeirimi bir günü oxu,
Bir belə sevgini istəyir çoxu,
Oyanıb yatdığım, gördüyüm yuxu,
Səni xatırladır mənə sevgilim..!
Çəkdiyim siqaret, eylədiyim əh..!
Bülbülün vurduğu bağçada cəh-cəh,
Boş qalan oturacaq, yarımçıq qədəh,
Səni xatırladır mənə sevgilim..!
Ceyhun niyə bunca çəkirsən ki ah??!
Birini bu qədər sevməkdir günah,
Hər doğan o günəş hər gələn sabah,
Səni xatırladır mənə sevgilim..!
05.08.2018
Opesen ellerini o,naz ede sen kam alasan.
Mubtelasi olasan bir gul uzlu sonanin.
Gunduzler kusduresen,konlunu axsam alasan..
Bihudə nəfəs..!
Nə dərdim azalır nə bitir qəmim,
Elə bil dərd üçün doğulmuşam mən..!!
Dəryalar dənizlər fəth edib gəmim,
Bir quru göldəsə boğulmuşam mən..!
Ulduzlar uzaqdır bəyənməyərək,
Günəşə naz edib ayı almışam..!
Mənə belə xoşdur hər gün deyərək,
Zülmətlər içində tənha qalmışam..!
Ayağıma dəyən bəzi daşları,
Yolumdan götürüb göyə atmışam..!!
Yerə düşməz deyib ürəyimisə,
Təsəlli edərək çox aldatmışam..!!
Həyat dedikləri ömür yolunda,
Çox ayağa durub çox yıxılmışam..!
Ölüm gəlsin deyə dua edirəm,
Bihudə nəfəsdən çox sıxılmışam..!!
08.11.2018
Deyirdin vəfasız çıxmayacam mən,
Əlimi buraxıb getdin nə oldu..!!
Arzu-xəyalını yıxmayacam mən,
Hamsının axırına yetdin nə oldu??!
Bir ömür yaşatdın bihudə, boşa,
Yaşaya bilmədik ikimiz qoşa,
Nəyi bəyənmirdim gəlmirdi xoşa,
İnadına hamsını etdin nə oldu??!
Mənə bu zülümü etməyəcəkdin,
Çıxıb həyatımdan getməyəcəkdin,
Bu eşqin sonuna yetməyəcəkdin,
Özün-özün üçün bitdin nə oldu??!
Mən sənə eşq üçün uzatmışdım əl,
Az mənim qəlbimi həsrətinlə dəl,
Sən axı sevgiyə qoymazdın məhəl,
Bir eşqin içində itdin nə oldu??!
09.11.2018
Üzüm gəlmir..!
Getmə məndən uzaqlara, qal deməyə üzüm gəlmir..!
Dodağında bir naxış var, xal deməyə üzüm gəlmir..!
Bir busə ver yanağından məlhəm olsun hər dərdimə,
O ki baldan çox şirindir bal deməyə üzüm gəlmir..!
Fırladıb çərxin fələk bəxtimə hey sən çıxmısan,
Deyirlər ki, bəxt falıdır, fal deməyə üzüm gəlmir...!
Elə bir can yoxdur ki cananına can verməsin,
O içində olan canı al deməyə üzüm gəlmir..!
De Şirvani ürək sevir gözlər görür gəl amma ki,
Yoxdu ruhi-taqəti-hal deməyə üzüm gəlmir..!
11.11.2018
Yox, səni qınayıb günah yumuram,
Küsmürəm yadına salmamısan ki.
O mənəm ki, səndən sevgi umuram,n
Sən mənim sevgimə qalmamısan ki...
Zəhərə döndərib yeməyimi mən,
Dərdini, qəmini nuş eyləmişəm.
Günah məndədir ki, ürəyimi mən,
Sən qədirbilməzə tuş eyləmişəm.
Yıxmısan evimi daş inadıyla,
Bir kəlmə söz qopmaz sussan, kirisən.
Sən mənim Tanrımın qadın adıyla,
Bəlkə yaratdığı daş əsərisən...
Məni də özüntək daşmı bilmisən,
Səndə kimliyimi unutmuşammı?
Sənmi daş dövründən çıxıb gəlmisən,
Mənmi daş dövrünə qayıtmışammı? m
İçimdə bu karvan, bu köç olmasa,
Deyərdim, zamanı ovcunda gizlət.
Sevməyi bilmədin, sən heç olmasa,
Daş sevgim, gəl mənə daş dili öyrət...
Vasif Zöhraboğlu