Предыдущая публикация
Istirakcilarimizin seire ne geder bagli oldugunu bilirem. Belke de bunun ucun seir otaqini elave etdim qrupumuza .. Sizlerden isteyim bu otaqda gormek istediyiniz seirleri yazasiniz . bezen olurki nese demek isteyirik amma bunu acib deye bilmirik ,deye bildiklerimizi seirlerle ifade edirik .kimisi ozu yazir ,kimisi kopya edib yazir (menim kimi) .amna ferqi yoxdu esas seirlerdi .......yaziriq .......deyirik.....oxuyuruq ....... Artiq seir otaqimiz var .bura ancaq seirler yazilsin mumkunse .ilk men baslayim deyirem ,konullerimizi feth eden Nusret Kesemenliden .........QEFIL GELDI AYRILIQ .......

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 357
Səni ürəyimin içinə qoydum...
Bir sirr var saxladım səndən gizlicə,
Yandırıb kül etdi məni hər gecə,
Necə izah edim mən deyim necə,
Mən səndə sevginin əslini duydum..!!
Səni ürəyimin içinə qoydum..!!
Susdurdum qəlbimin olan min ahın,
Sevginə həsr etdim ümüd pənahın,
Çəkərəm bu eşqin versən günahın,
Daş olmuş qəlbimi eşqinlə oydum..!
Səni ürəyimin içinə qoydum..!
Gözümdən yaşlarım uğrunda axıb,
Nərələr qoparıb şimşəklər çaxıb,
Hüsnü-camalına bir dəfə baxıb,
Bir ömür məst oldum bir ömür uydum..!
Səni ürəyimin içinə qoydum..!
De mənə qəlbinin olan hər söznü,
Dik mənim gözümə eşq dolu göznü,
Gedib uzaqlarda axtarma öznü,
Bədəndən çıxarıb canımı soydum..!
Səni ürəyimin içinə qoydum..!
18.05.2018
Bir də yollarına çıxmadım bəlkə,
Hətta xəyalımı izlədəcəyəm..!
Seçəcəm özümə bir ayrı ölkə,
Getdiyim ünvanı gizlədəcəyəm..!
Hardayam necəyəm özün ver cavab,
Nə axtar, nə də ki sorağla məni..!
Mən eşq barəsində yazılan kitab,
Bir götür əlinə varağla məni..!
Hissim boğdu məni mən hey alışdım,
İstədim qəlbimi sənə açmağı..!
Yanına gəlməyə mən çox çalışdım,
Sənsə asan bildin atıb qaçmağı..!
Hardan ürəyimin hissini dedim,
Başqa bir söz salıb söhbət eylədin..!
Mən sənin sevgindən min kədər yedim,
Sən mənim sevgimdə axı neylədin??!
Arzum öz ünvanın çıxartdı yaddan,
Ümüdüm bir böyük çırpıldı daşa..!
Hisslərim bir köynək geyindi oddan,
Gəl Ceyhun o varkən sən onsuz yaşa..!!!
23.05.2018
O varkən onsuz yaşa..
Bir də yollarına çıxmadım bəlkə,
Hətta xəyalımı izlədəcəyəm..!
Seçəcəm özümə bir ayrı ölkə,
Getdiyim ünvanı gizlədəcəyəm..!
Hardayam necəyəm özün ver cavab,
Nə axtar, nə də ki sorağla məni..!
Mən eşq barəsində yazılan kitab,
Bir götür əlinə varağla məni..!
Hissim boğdu məni mən hey alışdım,
İstədim qəlbimi sənə açmağı..!
Yanına gəlməyə mən çox çalışdım,
Sənsə asan bildin atıb qaçmağı..!
Hardan ürəyimin hissini dedim,
Başqa bir söz salıb söhbət eylədin..!
Mən sənin sevgindən min kədər yedim,
Sən mənim sevgimdə axı neylədin??!
Arzum öz ünvanın çıxartdı yaddan,
Ümüdüm bir böyük çırpıldı daşa..!
Hisslərim bir köynək geyindi oddan,
Gəl Ceyhun o varkən sən onsuz yaşa..!!!
23.05.2018
Cəfadan yar usanmazmı
Fələklər yandı ahımdan
Muradım şəmi yanmazmı!
Həyatla oynadım bir böyük qumar,
Mən üç tuz çıxartdım üç tuz çıxartdı..!
Şirin yaralarmın üstə səpməyə..
İstiot çıxartdı ağ duz çıxartdı..!
Batdı xəyallarım hər gün dərinə,
Könlümü verəndən uzaq birinə,
Namənin məktubun indi yerinə,
Vapçatı çıxartdı bultuz çıxartdı..!
Qəribə yazısı var bu həyatın,
Hökmü bir başqadır hər bir saatın,
Sürdü üstümüzə yarağlı atın,
Bizidə önünə yalnız çıxartdı..!
Yönəldib qəlbləri şeytan yönünə,
Saxlayıb özünü ən dar gününə,
Hətta ən namuslu insan önünə,
Əxlaqsız binamus bir qız çıxartdı..!
Saysam saya gəlməz min cür oynu var,
Şahıda taxtından salıb edir xar,
Nə ismət, nə həya nədə edir ar,
Nə yanan canmıza o buz çıxartdı..!
03.06.2018
Sən ey saqqal tutub şalvar gödəldən,
Hicabsız qızlara pis gözlə baxma..!
Dön geri çevrilib həyatına bax..
Bütün həyatına bir sözlə baxma..!
Dəyiş həyatını dəyiş özünü,
Haramdan uzaq et düzdü gözünü,
Allahdan qorx deyib dön sən üzünü,
Allah yaradana kin üzlə baxma..!
De danış bir acı kəlam söyləmə,
Dəvət et hər kəsi məcbur eyləmə,
De zaman qatardır burda əyləmə,
Son mənzilə qədər sən gözlə baxma..!
Allahı sevənin vardır səvabı,
Bəzi sualların olmaz cavabı,
Hər qadın müqəddəs bilir hicabı,
Çoxu getmək istər bu izlə baxma..!
03.06.2018
Sən gedəndən həyatıma,
Çöküb mənib qüssə-kədər..!
Arxan ilə ağlamışam..
Bilməzsin sən mən o qədər..!
Yalnızlığa öyrəşdirib..
Səni sevən bu canımı..!
Səndən sonra çox istədim.
Sevəm ayrı bir xanımı..!
Bəlkə səni unutdura...
Dərdlərimə imdad edə..!
Bir yeni eşq yeni sevgi..
Ürəyimdə icad edə..!
Amma olmadı faydası..
Vəfasıza çıxdı adım..!
Səni sənsiz qalan ömrün..
İçərsində hey aradım..!
Qəlbimdəki bu boşluğu..
Doldura bilməz ki heç kəs.!
Hani məni ömrün boyu..
Sevəcəkdin nə oldu bəs??!
Çıxıb getdi arxan ilə..
Ömrümdəki səadətim..!
İndi isə qəm çəkməkdir..
Dərd çəkməkdir bil adətim..!
Təsəllidir şeirlərim ..
İndi yalnız ürəyimə..!
Xəyalların çatır artıq..
Daha mənim köməyimə..!
Yoxdur qəlbimin taqəti..
Varlığını təsvir edə..!
Nə deyim ki daş qəlbinə..
Sənin axı təsir edə??
04.06.2018
Bəlkə səni bağışladım..!
Könlümə illər öncə mən yar olaraq səni seçdim,
Can nədir ki ey sevgilim sənə görə ondan keçdim,
Doldurub bir eşq badəsi sənin sağlığına içdim,
Sən də məni sevdiyini söyləyərkən alqışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Çox şad idim dar günümdə sən dadıma yetdiyində,
Qəmə düşdüm dərdə düşdüm çəkib bir gün getdiyində,
Səni sevməyimə məni daha peşiman etdiyində,
Öz özümə sitəm edib varlığımı qarğışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Seçdim çətin zülüm olan ağır dərin məhəbbəti,
Uzaq etdim ürəyimdən həm nifrəti, xəyanəti,
Aşiqini dərd öldürür toplayaraq cəsarəti,
Keçən ömrü heçə sayıb yenisinə mən başladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Ceyhun səni o sevdiyin dərdə salıb bu cür düzdü??
Eşqini zəhər eyləyib bir badədə sənə süzdü..
Mənidə bir vəfasız yar səni üzən qədər
...ЕщёBəlkə səni bağışladım..!
Könlümə illər öncə mən yar olaraq səni seçdim,
Can nədir ki ey sevgilim sənə görə ondan keçdim,
Doldurub bir eşq badəsi sənin sağlığına içdim,
Sən də məni sevdiyini söyləyərkən alqışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Çox şad idim dar günümdə sən dadıma yetdiyində,
Qəmə düşdüm dərdə düşdüm çəkib bir gün getdiyində,
Səni sevməyimə məni daha peşiman etdiyində,
Öz özümə sitəm edib varlığımı qarğışladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Seçdim çətin zülüm olan ağır dərin məhəbbəti,
Uzaq etdim ürəyimdən həm nifrəti, xəyanəti,
Aşiqini dərd öldürür toplayaraq cəsarəti,
Keçən ömrü heçə sayıb yenisinə mən başladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!
Ceyhun səni o sevdiyin dərdə salıb bu cür düzdü??
Eşqini zəhər eyləyib bir badədə sənə süzdü..
Mənidə bir vəfasız yar səni üzən qədər üzdü,
O gündən mən məhəbbəti sevgini yarı boşladım..!
İnsafa gəl dön geriyə bəlkə səni bağışladım..!!
05.06.2018
Səndən elə xoşum gəlir..!
Sevmək üçün çalışırsan,
Od tutaraq alışırsan,
Şirin-şirin danışırsan,
Səndən elə xoşum gəlir..!
Var edirsən çoxu azdan,
Ürəyim od sənsə buzdan,
Xoşum gəlmir başqa qızdan,
Səndən elə xoşum gəlir..!
Günlərimi saya-saya,
Nə deyim bu qismət, paya,
Deyirəm günəşə, aya ,
Səndən elə xoşum gəlir..!
Nazlı-nazlı gülüşündən,
Eşqi mənlə bölüşündən,
Dodağımı öpüşündən,
Səndən elə xoşum gəlir..!
Sənsiz vardı mənim neyim?
Sənsən varlığım hər şeyim,
İstə mən dünyaya deyim,
Səndən elə xoşum gəlir..!
Ay tək saçan üzlərindən,
Sevgi qoxan sözlərindən,
O qəhvəyi gözlərindən,
Səndən elə xoşum gəlir..!
Gəl incitmə ruhu-təni,
Sevdiyini söylə məni,
Çox sevirəm bilki səni,
Səndən elə xoşum gəlir..!
10.06.2018
Bunları mən yaşamışam..!
Sən arzusu, ümüdləri boşa çıxan heç gördünmü??
Sən xəyallar aləmində de bir ömür heç sürdünmü??
Sən heç göz yaşların ilə ürəyində eşq hördünmü??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Yarın üzülməsin deyə yalan saxta sən güldünmü??
Ürəyindəki sevgini xəyallarınla böldünmü??!
Hər gün həsrətlə yaşayıb, hər gün həsrətlə öldünmü??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ulduzların axmasını göy üzündə izlədinmi??
Hər gün bir az həsrət çəkib sevdiyini özlədinmi??
Dönməcəyini bilə-bilə yollarını gözlədinmi??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ürəyinə dağ çəkərək onu yarsız dağladınmı??
Ümüdünü heç olmayan bir ümüdə bağladınmı??
Arzuların məhv olduğu gecəsində ağladınmı??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ümüd ilə arzu ilə yollarıma baxdınmı heç??!
İldırım tək edib fəryad göy
...ЕщёBunları mən yaşamışam..!
Sən arzusu, ümüdləri boşa çıxan heç gördünmü??
Sən xəyallar aləmində de bir ömür heç sürdünmü??
Sən heç göz yaşların ilə ürəyində eşq hördünmü??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Yarın üzülməsin deyə yalan saxta sən güldünmü??
Ürəyindəki sevgini xəyallarınla böldünmü??!
Hər gün həsrətlə yaşayıb, hər gün həsrətlə öldünmü??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ulduzların axmasını göy üzündə izlədinmi??
Hər gün bir az həsrət çəkib sevdiyini özlədinmi??
Dönməcəyini bilə-bilə yollarını gözlədinmi??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ürəyinə dağ çəkərək onu yarsız dağladınmı??
Ümüdünü heç olmayan bir ümüdə bağladınmı??
Arzuların məhv olduğu gecəsində ağladınmı??!
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
Ümüd ilə arzu ilə yollarıma baxdınmı heç??!
İldırım tək edib fəryad göy üzündə çaxdınmı heç??
Ceyhunun ürəyi qədər bir ürəyi yaxdınmı heç??
Söylə gülüm söylə mənə bunları mən yaşamışam..!
18.06.2018
duygularin ozunde
arzular donub qalib
sene hesret gozumde
yasamaq istemedim sensizliyin qoynunda
goz yasina cevrildim ayriligin yolunda
meni hesret oldurub
indi ozun qoruyub,
oz elinle ruhumu
buludlara buruyub
Semanin goz yasiyla asimana tapsir sen
bu deli mehebbeti
qelbimde apardigim
son gumana tapsir sen
Meni hesret oldurub
Ciceklerin ruhu yox
Ruhumun mezarina duygulari getir sen
menim ondan duydugum gul qoxulu etir sen
meni hesret oldurub
Sevgi omru yasa sen
Sene ehsen deyirem
axi nece bacardin
senin ile doyunen bu divane ureyi
cevirmedin dasa sen
Meni hesret oldurub
Son ana yetismedin
Ureyimde o gizli
Sevgimle gorusmedin
Indi bir ruh heykelin onune geleceksen
Belke bu gunden sonra seklimi seveceksen...
İstəməzdim sevəsən bu cür məni minnət ilə.
Səni sevdim, sanırdım müjdələndim cənnət ilə.
Bir acı söz söyləyib qırmamışam heç bir kəsi,
Yanaşmışam mən sevən hər ürəyə hörmət ilə!
Alaraq ürəyimdən sevgini sən getmiş idin,
Geri dönərsən axı de hansı cəsarət ilə??!
Mən hələ sadiqiyəm sənsiz qalan bu sevginin,
Yaşamağa məhkumsan ömürlük xəyanət ilə.!
Ceyhunun bircə səhvi nədir gülüm deyim sənə??
Çünki səni sevibdi olmaz bir məhəbbət ilə..!
05.08.2018
Səni xatırladır mənə sevgilim..!
Hər həzin musiqi, hər həzin bir səs,
Hər acı hər kədər, hər ağlayan kəs,
Aldığım verdiyim çəkdiyim nəfəs,
Səni xatırladır mənə sevgilim..!
Dönüb getdiyində o qalan izlər,
Yoluna dikilib baxan bu gözlər,
Səninçün yazdığım hətta bu sözlər,
Səni xatırladır mənə sevgilim..!
Yazdığım şeirimi bir günü oxu,
Bir belə sevgini istəyir çoxu,
Oyanıb yatdığım, gördüyüm yuxu,
Səni xatırladır mənə sevgilim..!
Çəkdiyim siqaret, eylədiyim əh..!
Bülbülün vurduğu bağçada cəh-cəh,
Boş qalan oturacaq, yarımçıq qədəh,
Səni xatırladır mənə sevgilim..!
Ceyhun niyə bunca çəkirsən ki ah??!
Birini bu qədər sevməkdir günah,
Hər doğan o günəş hər gələn sabah,
Səni xatırladır mənə sevgilim..!
05.08.2018
Opesen ellerini o,naz ede sen kam alasan.
Mubtelasi olasan bir gul uzlu sonanin.
Gunduzler kusduresen,konlunu axsam alasan..
Bihudə nəfəs..!
Nə dərdim azalır nə bitir qəmim,
Elə bil dərd üçün doğulmuşam mən..!!
Dəryalar dənizlər fəth edib gəmim,
Bir quru göldəsə boğulmuşam mən..!
Ulduzlar uzaqdır bəyənməyərək,
Günəşə naz edib ayı almışam..!
Mənə belə xoşdur hər gün deyərək,
Zülmətlər içində tənha qalmışam..!
Ayağıma dəyən bəzi daşları,
Yolumdan götürüb göyə atmışam..!!
Yerə düşməz deyib ürəyimisə,
Təsəlli edərək çox aldatmışam..!!
Həyat dedikləri ömür yolunda,
Çox ayağa durub çox yıxılmışam..!
Ölüm gəlsin deyə dua edirəm,
Bihudə nəfəsdən çox sıxılmışam..!!
08.11.2018
Deyirdin vəfasız çıxmayacam mən,
Əlimi buraxıb getdin nə oldu..!!
Arzu-xəyalını yıxmayacam mən,
Hamsının axırına yetdin nə oldu??!
Bir ömür yaşatdın bihudə, boşa,
Yaşaya bilmədik ikimiz qoşa,
Nəyi bəyənmirdim gəlmirdi xoşa,
İnadına hamsını etdin nə oldu??!
Mənə bu zülümü etməyəcəkdin,
Çıxıb həyatımdan getməyəcəkdin,
Bu eşqin sonuna yetməyəcəkdin,
Özün-özün üçün bitdin nə oldu??!
Mən sənə eşq üçün uzatmışdım əl,
Az mənim qəlbimi həsrətinlə dəl,
Sən axı sevgiyə qoymazdın məhəl,
Bir eşqin içində itdin nə oldu??!
09.11.2018
Üzüm gəlmir..!
Getmə məndən uzaqlara, qal deməyə üzüm gəlmir..!
Dodağında bir naxış var, xal deməyə üzüm gəlmir..!
Bir busə ver yanağından məlhəm olsun hər dərdimə,
O ki baldan çox şirindir bal deməyə üzüm gəlmir..!
Fırladıb çərxin fələk bəxtimə hey sən çıxmısan,
Deyirlər ki, bəxt falıdır, fal deməyə üzüm gəlmir...!
Elə bir can yoxdur ki cananına can verməsin,
O içində olan canı al deməyə üzüm gəlmir..!
De Şirvani ürək sevir gözlər görür gəl amma ki,
Yoxdu ruhi-taqəti-hal deməyə üzüm gəlmir..!
11.11.2018
Yox, səni qınayıb günah yumuram,
Küsmürəm yadına salmamısan ki.
O mənəm ki, səndən sevgi umuram,n
Sən mənim sevgimə qalmamısan ki...
Zəhərə döndərib yeməyimi mən,
Dərdini, qəmini nuş eyləmişəm.
Günah məndədir ki, ürəyimi mən,
Sən qədirbilməzə tuş eyləmişəm.
Yıxmısan evimi daş inadıyla,
Bir kəlmə söz qopmaz sussan, kirisən.
Sən mənim Tanrımın qadın adıyla,
Bəlkə yaratdığı daş əsərisən...
Məni də özüntək daşmı bilmisən,
Səndə kimliyimi unutmuşammı?
Sənmi daş dövründən çıxıb gəlmisən,
Mənmi daş dövrünə qayıtmışammı? m
İçimdə bu karvan, bu köç olmasa,
Deyərdim, zamanı ovcunda gizlət.
Sevməyi bilmədin, sən heç olmasa,
Daş sevgim, gəl mənə daş dili öyrət...
Vasif Zöhraboğlu