YAD EDƏK !!!
ŞƏHİD XANIMLARIMIZ. ...
ALLAH RƏHMƏT ELƏSİN,RUHUNUZ ŞAD MƏKANINIZ CƏNNƏT OLSUN!
Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstəriblər.Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə atılan qadınlarımız şəxsi igidlik nümunələri göstərib, onların bir çoxu şəhidlik zirvəsinə ucalıb, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, orden və medallarla təltif olunublar.
Bu bayram günündə şəhid qadınlarımızın xatirəsini hörmət və ehtiramla yad edir, onların doğmalarına, ümumiyyətlə, bütün şəhid analarına, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarına, eləcə də Vətənə layiqli övladlar yetirən əsgər analarına bayram təbriklərimi çatdırıram....

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8