📌Övladın valideyinə hörməti haqqında hədis📌
✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴✴
⭕ Bir kişi rəsulallahdan soruşdu: <<Valideynin övlad üzərində haqqı nədən ibarətdir?>>
Peyğəmbər buyurdu: <<Onlar sənin cənnətin və cəhənnəmindir.>>
⭕Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.
⭕Allahın rizası (razılığı) valideynin rizasıyla.Allahın qəzəbi də valideynin qəzəbiylədir.
⭕Ömrünün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə ehtiram
etsin,qohumlarını yoluxsun.
⭕Ata-ananıza ehtiram edin ki,övladlarınız da sizə hörmət qoysunlar.Həyalı və namuslu olun ki,qadınlarınızda həyalı və namuslu olsunlar.
⭕Bir nəfər rəsulallahın yanına gəlib soruşdu:Ya peyğəmbər,mən kimə daha çox yaxşılıq etməliyəm?Cavab verdi : <<Anana>>.O adam soruşdu: Sonra kimə.Peyğəmbər buyurdu:<<Anana>>.Həmin adam yenə soruşdu:Sonra kimə?Peyğəmbər yenə:<<Anana>> -dedi.O adam bir də : Bəs sonra kimə>> soruşduqda,Rəsuli-Әkrəm buyurdu;<<Sonra atana>>.
⭕Bir nəfər rəsulallahın yanına gəlib dedi:<<Mən cihad etmək istəyirəm,amma buna gücüm çatmayır>>.Peyğəmbər soruşdu: <<Valideyinlərindən sağ olan varmı?>> O adam <<Anam var>> - dedi.Peyğəmbər həzrətləri buyurdu:<<Onun qulluğunda durmaqla Allahın huzuruna yetiş.Bunu etsən həm həcc və ümrə ziyarəti,həm də cihad etmiş olarsan.
⭕Atası öldükdən sonra onu yoluxmaq istəyən kimsə qoy atasının dostları ilə əlaqə saxlasın.
⭕Ataya itaət Allaha itaət.ataya üsyan Allaha qarşı üsyan deməkdir.
⭕Xeyir-bərəkət qocalardadır.
⭕Üç duanın qə'bul olacağına şübhə yoxdur: Məzlumun duası,qonağın duası və ata-ananın övladına etdiyi dua.
📌Kitabın adı : 101 hədis📚
📍Qurani Kərimdə Allah Təala buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman 31:14)

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев