"
📌Uca Allah tövbə edən qullarını sevir. O buyurur:
📗"Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir" (əl-Bəqərə, 222).
Uca Allah insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir. Hud peyğəmbər öz qövmünə belə demişdir:
"Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın.
Günahkarcasına üz çevirməyin" (Hud, 52).
Peyğəmbər demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən ona gündə yüz dəfə tövbə edirəm!"
📗Peyğəmbər demişdir: "Əgər sizin günahlarınız səmaya çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər".
Həmçinin, o demişdir: "İtirdiyini tapan kimsə necə sevinirsə, Allah sizdən birinizin tövbə etməsinə ondan daha çox sevinir".
📗"Hər bir Adəm oğlu günah edəndir. Günah edənlərin ən xeyirliləri isə tövbə edənlərdir".
Həmçinin, Peyğəmbər tövbənin mahiyyəti haqqında belə demişdir: "Peşmançılıq tövbədir. Günahdan tövbə edən, günah etməyən kimidir".
Aişə rəvayət edir ki, Allah Elçisi mənə buyurdu: "Günah etmiş olsan, Allahdan bağışlanma dilə və Ona tövbə et! Tövbə peşman olmaqla və bağışlanma diləməklə olur". Allahdan ümidini üzmə!
Bəzi insanlar günah etdikdə tövbə edirlər, sonra yenidən günaha qayıtdıqda indiyədək etdikləri peşmançılığın və tövbənin faydasız olduğunu fikirləşir və buna görə ümidsizliyə qapanırlar. Hətta belə deyirlər: "Tövbə etsəm, Allah məni bağışlayar?" Günah etdikdə sonra tövbə edib yenidən günaha qayıtdıqda yenə tövbə etmək lazımdır və buna görə ümidsizliyə qapanmaq olmaz. Yenidən günaha qayıtmaq əvvəlki tövbəni batil etmir, sadəcə olaraq yenə tövbə etmək lazımdır. Həmçinin, bilmək lazımdır ki, bu məsələdə ümidsizlik şeytanın ən böyük silahıdır.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев