Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah" Bu qüslün böyük savabı var.
Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".
Məscidə getmək.
Qədr gecəsinin namazı. Bu namazın böyük şərafəti var. Xiftən və sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən iləllah" Sübh namazı kimi 2 rukətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə ixlas surəsi oxunmalıdır. Namazı qurtardıqdan sonra alını səcdəyə qoyub 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir.
İmam Sadiq (Əleyhis-Səlam) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar".
Qur'anı başa qoyub, Allahın, Peyğəmbərin və İmamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir.
Yəni, "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam".
Quranı baş üzərinə qoyub dua etməyin qaydası:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
"Əllahummə inni əsəlukə bikitabikəl-munzəl va mə fihi va fihi ismukəl əkbər va əsmaukəl-husnə va mə yuxafu va yurcə ən təcələni min utəqaikə minənnar.Əllahummə bihəqqi hazəl-Quran va bihəqqi ən ərsəltəhu bih va bihəqqi kulli mu'minin mədəhtəhu fihi va bihəqqikə ələyhim fələ əhədə ərafu bihəqqikə mink".
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə de:
1.Bikə ya Allah (10-dəfə)
2. Bi Muhəmmədin (10-dəfə) (Sallallahu əleyhi va əlihi va səlləm)
3. Bi Əliyyin (10-dəfə) (Əleyhis-Səlam)
4. Bi Fatimətə (10-dəfə) (Salamullahi əleyha)
5. Bil Həsəni (10-dəfə) (Əleyhis-Səlam)
6. Bil Hüseyni (10-dəfə) (Əleyhis-Səlam)
7. Bi Əli ibn Hüseyn (10-dəfə) (Əleyhis-Səlam)
8. Bi Muhəmməd ibn Əli (10-dəfə) (Əleyhis-Səlam)
9. Bi Cəfər ibn Muhəmməd (10-dəfə) (Əleyhis-Səlam)
10. Bi Musa ibn Cəfər (10-dəfə) (Əleyhis-Səlam)
11. Bi Əli ibn Musa (10-dəfə) (Əleyhis-Səlam)
12. Bi Muhəmməd ibn Əli (10-dəfə) (Əleyhis-Səlam)
13. Bi Əli ibn Muhəmməd (10-dəfə) (Əleyhis-Səlam)
14. Bi Həsən ibn Əli (10-dəfə) (Əleyhis-Səlam)
15. Bil Huccəti (10-dəfə) (Əccəllallahu fəracəhu şərif)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir, çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
İmam Əli (Əleyhis-Səlam) və İmam Hüseyn (Əleyhis-Səlam) ziyarətnaməsini oxumaq.
100 rukət (sübhnamazı kimi) müstəhəb namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rukətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.
Covşən-kəbir duasını oxumaq.
Həzrət Əlinin (Əleyhis-Səlam) qatilinə lənət oxumaq. 100 dəfə "əllahummələn qətələtə əmiril muminin" Yəni, "İlahi, Əlinin (Əleyhis-Səlam) qatillərinə lənət et"
100 dəfə "Əstəğfirullahə Rabbi va ətubu iləyh" demək və tövbə etmək.
"Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm"

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев