Bəzən ən gözəl güllərimi qoparıb atdılar. Bəzən bütöv bağımı soldurub məhv etdilər. Oğurlanan günlərim oldu, yarıda qalan xəyallarım. Sonra özümü düzəltdim. Düzəlmədən tək şey ölünü diriltməkdir. Ölməmişdim və həyatımda özümə elədiyim tək yaxşılıq da elə bu idi - yaşamağa davam edirdim. Sonra həyat axarı ilə davam etməyə başladı. Öz dünyamı yaratmağa başladım və hər səhv bir təcrübə olub qulağıma sırğa kimi asıldı. İndi kimə şans verməli olduğumu da bilirdim, xəyallarımın sərhəddini də. Heç nə asan deyil əlbəttə. Heç indi də asan olmur. Bəzən bilmədiyim bir səbəbdən oturub ağladığım da olur, ağlamağı özümə yaraşdırmamağım da. Amma gülüşlərim daha çoxdur. Çünki qəlbim rahatdır. Hekayədə haqlı olmaq zalım olmaqdan daha yaxşıdır. Zülmüm yoxdur, amma qatı sərhəddim var. Divarlarım çox hündür və qalındır. O sərhəddin açarını indi daha itirmirəm.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1