Предыдущая публикация
Mən onun yolunda ölə biləydim.
Həyata keçməyib, yarımçıq qalan,
Arzumu, hissimi bölə biləydim.
Fərqi yox, dost olsun, kişi ya qadın,
Allaha yalvarım, versin muradın.
Bütün uğuruma yazaraq adın,
Adımı həyatdan silə biləydim.
Sanmayın vurğunam bu kainata,
Həmişə hazıram o, son saata.
Onun dar günündə mən bu həyata,
Yenidən qayıdıb, gələ biləydim.
Sakitəm, dost üçün ürəyim axıb,
Kimə dost demişəm, başıma qaxıb.
Elə dost gəzirəm, üzünə baxıb,
Öləndə, son dəfə gülə biləydim.

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2