Предыдущая публикация
Sevinib gülürdüm, görüşəcəyik?!
Bir zərrə ümüdə, bel bağlamışdım,
Sevincdən ölürdüm, "Görüşəcəyik".
Hey yozurdum ayrılığı mən tərsə
Əzbərimlə hazır idim bu dərsə
Xəyalımda yenə alıb nələrsə,
Səninlə bölürdüm, "Görüşəcəyik".
Görürsən?Həsrətin ruhumu sarıb.
Bu məlal, intizar məni çox yorub.
O sözü deyəndən xəyallar qurub ,
Hey sənə gələrdim, " Görüşəcəyik"...
Biz həsrət odunda qovrulubmuşuq
Kül olub göylərə sovrulubmuşuq
Sən demə ömürlük ayrılıbmışıq
Mən elə bilirdim görüşəcəyik...

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев