
~~~~~~~~~~~~~
Ağlama arxamdan göz yaşı tökmə
Faydası yox artıq, səndən küsmüşəm
Söz açma sevgidən, vəfadan demə
Yalandan bezmişəm səndən küsmüşəm
Yolum üstə durma gözləmə məni
Gətirmə gül mənə, özləmə məni
Min dəfə desəndə sevirsən məni
Gəlmərəm mən yola səndən küsmüşəm
Sevənin sellər tək daşması gərək
Qəlbində yanardağ coşması gərək
Gözündə şimşəklər şaxması gərək
Yox heç birisi səndə, səndən küsmüşəm
Bir daha mən sənə dönən dəyiləm
Hər sözünə aldanıb, sevən dəyiləm
Düz-çörəyi səninlə bölən dəyiləm
Yalvarma heç boşuna səndən küsmüşəm


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1