Предыдущая публикация
“Google Maps” ABŞ prezidenti Donald Trampın Fərmanına uyğun olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib.
“USA Today” xəbər verir ki, dəyişiklik ABŞ Coğrafi Adlar Şurasının bazar ertəsi qəbul etdiyi qərardan sonra rəsmiləşib.
“Google” ABŞ xaricindəki istifadəçilərin xəritədə həmin körfəzin adını həm Amerika körfəzi, həm də öz bölgələrində istifadə etdikləri adla görə biləcəklərini bildirib.
Trampın imzaladığı fərmanla Alyaskadakı məşhur Denali dağının da adı dəyişdirilərək “McKinley” adlandırılacaq.
“Google” ad dəyişikliyinin ən qısa zamanda xəritələrdə əks olunacağını açıqlayıb.
SON XƏBƏR
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев