Предыдущая публикация
Son illər Türkiyədə biznes fəaliyyəti ilə gündəmdə olan müğənni Emrahın sərvəti heyrət doğurub.
“TGRT Haber” xəbər verir ki, əmanətlərini daşınmaz əmlaka yatıran sənətçinin yüzlərlə mənzilinin olduğu öyrənilib.
Belə ki, 54 yaşlı müğənninin İstanbul və Bodrumda 300-dən çox evi olduğu və kirayə gəlirinin aylıq 10 milyon lirəyə (474 953 manat) çatdığı bildirilib.
Qeyd olunur ki, İstanbulda 3 milyon dollara idman kompleksi alan Emrahın eyni layihədə 12 mağazası və dubleks mənzili də var.
Onun bir müddət öncə Dubaya getdiyi və orada 3,5 milyon dollara ev aldığı da məlum olub.
SON XƏBƏR
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев