İsrail sabah HƏMAS-ın azad edəcəyi girovların siyahısını aldığını təsdiqləyib.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah HƏMAS əsirliyindən azad ediləcək girovların siyahısını alıb”, - bəyanatda deyilir.
Ofis onlar barəsində şəxsi təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur.
Eyni zamanda, İsrail hakimiyyəti Qəzzada qalan girovların ümumi sayını sağ qalmayanlar da daxil olmaqla 98 nəfər hesab edir.
SON XƏBƏR
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1