Предыдущая публикация
Ürəyimdən keçəni mən o qızdan yazıram
Elə qəmlə doluyam yetməz bir dəniz mənə,
Ha yana çevirirəm vəfasızdan yazıram.
Toxunmayın ruhuma əlim qəmli. yazmasın.
Fikirim xəyal qurub yollarında azmasın
Ürəyim titrəməsin gözlərimsə dolmasın.
Ha yana çevirirəm vəfasızdan yazıram
Bir şeirlik adamam hər dərdə salır məni.
Xəyalım uzaqlara tez tez aparır məni
Dərdimi dəniz bildi yükü götürmür gəmi
Ha yana çevirirəm vəfasızdan yazıram.
Bu sevgi limanında. Bir dəli aşiq mənəm.
Öz bəxtinə kölgəli közərən işıq mənəm.
Bəlkə Dönəcək deyə yolunu gözləyənəm.
Ha yana çevirirəm vəfasızdan yazıram.
Ruslan Abbas 02.04.2023


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев