Bağışla ürəyim, məni bağışla,
Gəzdiyin sevgini tapa bilmədim.
Bağışla ürəyim, məni bağışla,
Vuruldun, əzildin, amma dinmədim.
Bağışla ürəyim incitdim səni,
Kəsdiyim yaranı sara bilmədim.
Bağışla ürəyim gözlətdim səni,
Qırıb zəncirləri qaça bilmədim.
Bağışla ürəyim məni bağışla,
Üzdüm əllərimi arzularımdan.
Bağışla ürəyim, məni bağışla,
Qaçdım qorxaq kimi xəyallarımdan.
Bağışla ürəyim, məni bağışla,
Mənə yaxın indi qar da, yağış da.
Bağışla ürəyim, məni bağışla,
Səni tək qoymuşam hər dırmanışda.
Bağışla ürəyim, məni bağışla,
Bağışla səninlə deyiləm daha.
Bağışla ürəyim, məni bağışla,
Bilmirəm özüm də gedirəm hara.
Bağışla səni mən çox zorlamışam,
İçində sevgini buxovlamışam.
Bağışla yerində heç dinməmişəm,
Səninlə doyunca heç gülməmişəm.
Bağışla ürəyim, məni bağışla,
Birlikdə sözümüz heç tutmadı ki,
Doğrunu əyrini heç görmədi ki...
Bağışla gecələr ağlayıb durdum,
Dərdimi sərimi hey səndə tutdum.
Bağışla ürəyim, bağışla yenə,
Bir də incitmərəm demirəm sənə.
Bağışla ürəyim bir gün bacarsam,
Qəmini içindən çölə boşaltsam,
Səni yüklərindən azad buraxsam,
Bax o vaxt, o zaman bağışla məni,
axı çox incitdim ürəyim səni...
15.01.2024.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев