Sığınmağa bir anlayan kəs ola .
Bircə kəlmə salam deyə susaraq ,
O bir kəlmə dərdlərimə bəs ola .
Ürəyimə bir darıxmaq düşəndə ,
Uzaqlarda olan kəsim qayıda .
Öz -özümdən inciyəndə ,küsəndə ,
Toxundura nəfəsini oyada .
Ürəyimə bir darıxmaq düşəndə ,
Dünya çıxa məhvərindən dağıla.
Yollarımda hicran yeli əsəndə ,
Birdənəmlə tez donəme nağıla.
Ürəyimə bir darıxmaq düşəndə ,
Dodağından barışmağa pay ola.
Nəfəsinində könül ala bircə an ,
Şahidimiz göy üzündə ay ola.
Ürəyimə bir darıxmaq düşəndə ,
Sevdiyim də qanadımı qırmaya,
Gözlərimdən ümidim sürüşəndə,
Susmağıyla ürəyimdən vurmaya.
Ürəyimə bir darıxmaq düşəndə ,
Yağışlar da yer üzündə olar çəm.
Sən susanda dünya düşər gözümdən ,
Darıxıram ALLAH haqqı birdənəm!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев