»
Həqiqəti olduğu kimi görə bilərikmi?
Cavab: “Bəqərə” surəsinin 282-ci ayəsində buyurulur:”Allahdan çəkinin ki, o sizə həqiqəti öyrətsin”. Təqva bütün pisliklərdən və çirkinliklərdən uzaq olmaqdır. Günahkar insan bir çox həqiqətləri dərk etməkdə acizdir. Öz irqinin, millətinin, partiyasının mənafeyini hər şeydən üstün tutan insan gözünə qırmızı şüşəli eynək taxıb, portoğalı pomidora oxşadan adam kimidir.
Yalnız hamar güzgü hər şeyi olduğu kimi göstərir. Çökək güzgü hər şeyi kiçildir, qabarıq güzgü hər şeyi böyüdür. İnsanın qəlb aynası da hamar olmalıdır. İstənilən bir günah ona ləkə salır. Günah göz qarşısındakı mənzərələri dalğalandıran ilğım kimidir.
Başqasının sahib olduğu nemətləri görüb ona həsəd aparma, çünki Allahın ondan nə aldığını bilmirsən.
Baş verən müsibətlərə qəmlənib hüzünlənmə, çünki bunun müqabilində Allahın sənə nə əta edəcəyini bilmirsən.
"... Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”' (Zümər, 10)


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев