Şəhidlərimizdən üzr istəyək... - ( AZpress.AZ – Maya Quliyeva, Qarabağ )
Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adıdır . Bu ad, ölkəmizin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir .
“Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında
ƏSASNAMƏ
1. “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
2. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
3. Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı;
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Fərman.
4. “Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
5. Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
6. “Qızıl Ulduz” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
7. “Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilər .
6 fevral 1998-ci il tarixində 6-cı bənddə “Ay-Ulduz” sözləri “Qızıl Ulduz” sözləri ilə əvəz edilib .
Qarabağ döyüşlərinin iştirakçısı və yazıçı Vüqar əsgərovun yazdığı "Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilmişdi . Səhv etmirəmsə 2010 cu ildə yeni tirajla çap edilən kitaba daha 2 Milli Qəhrəmanın - Mübariz Ibrahimov və Elton Isgəndərovun adları da kitaba əlavə edildi .
Məlum aprel döyüşlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı 2016-cı “Aprel döyüşləri” zamanı qəhrəmanlıq göstərmiş 3 hərbçiyə də verilmişdi. Dördgünlük müharibənin qəhrəmanları
polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra),
mayor Samid İmanov (ölümündən sonra)
və polkovnik-leytenant Şükür Həmidov (sağdır) ölkə başçısının müvafiq sərəncamları əsasında “Milli Qəhrəman” adına layiq görülmüşdülər.
Bundan başqa prezident İlham əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi (ölümündən sonra).
Bununla da Azərbaycanın Milli Qəhrəmanlarının sayı 215 nəfərə çatıb.
Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 18 nəfəri sağdır.
Bu xatırlatmanı bəlkə də çoxunuz oxumadan , toy kasetlərində əmilərin , dayıların , xala və bibilərin danışıqları , ya da içdikdən sonra əlinə mikrafon alan bir qonağın sıxıcı və uzun-uzadı danışığını fırlatdığınız kimi keçəcəksiniz .
Amma söz düşəndə də Milli qəhrəmanların təbliği məni qane etmir deyirik .
Yuxarı sinif şagirdləri uzanan mikrafona Ağcəbədi , Tərtər , Goranboy 1992-1993 cü illərdə işğal edilib deyirsə , "işğalçı Ermənistan" sözünü eşitməmişəm deyirsə , işğal olan rayonların adlarını sayanda Ağdam , Füzuli , Cəbrayıl və sairə deyib dayanırsa , heç də uzaq olmayan gələcəkdə- 10 il sonra müəllim olacaq bu gənclərin şagirdləri Qarabağı Ermənistanın ərazisi ,
həkimlərimiz cəbhədən yaralı gələn əsgərlərimizi şəhid və ya iflic ,
ən azından 30 ildi Sovetin yetirmələri olan vəkillərimiz kimi dirəşib haqqımızı tələb edə bilməyən vəkillər ,
30 ildi davam edən müharibə şəraitinin daha nə qədər sürəcəyinin bəlli olmadığı ölkəmizdə savadsız hərbi qulluqçular və zabitlərin olması özü bir məğlubiyyətə aparır .
Mən hələ digər sahələri demirəm ...
Hazırda turizmin də inkişaf etdiyi ölkəmizdə işə götürülən aşbazların xarici dil biliyi üstünlük tələb edilirsə ...
Elə bil ki , bişirəcəyi ət və digəl ərzaqlarla ingilis , rus, ərəb və ya digər dillərdə danışacaqmış . Düşünürəm ki, həyəcan siqnalının vaxtı çoxdan keçib . Daha çox gec olmadan , daha çox iş görə bilərik.
Azərbaycan hər zaman qonşu dövlətlərin hücumuna və təziqinə məruz qalan dövlət olduğu üçün bu torpaqlar uğrunda canını əsirgəməyən oğul və qızları hər zaman olub .
əvvəlki dərsliklər , televiziya verlişlərindən fərqli olaraq indi onların tanıdılması nədənsə çox zəifdi . Sadəcə fərman verildi , təltif edildilər və unuduldular ...
Yadıma gəlir ki, Böyük Vətən Müharibəsi qəhrəmanları, əlilləri ilə görüşlər keçirilərdi. İndi belə bir şey yoxdur. Məktəblərdə, hər yerdə bunlarla görüşlər keçirilə bilər. Televiziya burda böyük rol oynaya bilər. Ancaq problemləri və çatışmamazlıqları ilə gündəmə gələn əlillərimizin , unudulmuş şəhid ailələrinin ən azından ildə bir dəfə qapılarını hansımız açmışıq .!? Hansımız maraqlanmışıq . Indi ancaq sosial aləmdə yazılır , hərə də bir tərəfdən bir rəy bildirib unudur .
Axı niyə bu qədər laqeid olmuşuq !!??
Məgər onlar deyilmi bizlərə canlarını , ayaqlarını , əllərini , gözlərini qurban verənlər .??
Onların qanı və ailələrinin göz yaşları ilə sulanan torpağın üstündə necə rahat və laqeid gəzə bilirik . ??!!
Bizim belə soyuqluğumuzu , laqeidliyimizi görən övladlarımıza maraqlıdırmı Qarabağ və onun uğruna canını fəda edənlər ???
Mən şəxsən əminliklə deyə bilərəm ki , Bakıda Ağdamın hələ də işğal olunmamış ərazisinin varlığını bilməyənlər nə qədər desəniz var . Yevlax rayonundan o yananı işğalda bilirlər .
Hansı gün valideyn övladının əlindən tutub yaxınlıqdakı Şəhidlər Xiyabanına aparıb . ? Onlar haqqında qısa olsa da məlumat verib . !?
Sonra da bivec gəncliyi qınayırıq . Indi kimə bir söz desən bir kəlimə - "Söz azadlığı" deyir .
Yaxşı , o harda yazılıb ki , bilib-bilmədən danışıb adını da söz azadlığı qoyasan ????
Söz azadlığının bir çərçivəsi yoxdurmu .!? Bizim rahat yaşayışımış uğruna gecələri səngərdə , ölümlə üz-üzə duranları , sağ gedib tabutda ya da yarımcan qayıdanları təhqir etməməyi öyrətməyiblərmi bizə . ???
Gərək hamımız köçkün olub köçkünü , tabut qucaqlayıb şəhidliyimi qanaq . !!!??
Bir dövlətin Bayrağı , gerbi və himni nə qədər toxunulmazdır və müqəddəsdirsə , o dövlət uğrunda canını fəda etmişlər də bir o qədər müqəddəsdir. Çünki müqəddəslərin uğruna baş qoyanlar müqəddəsdir .
Bir neçə vaxtdı sosial şəbəkələrdə həzm edə bilmədiyimiz bir söz-söhbət gedir . O sözü kimin deməyi mühüm deyil . Və eyni zamanda kim tərəfindən və niyə bu qədər qabardılması da mühüm deyil . !!!!
Birinin sığınması üçün biri sipər olmalıdı ...!!!
Mühüm olan müqəddəs şəhidimizin adı və şəkili olan səhifələrin o qadını heç bir şərəf və namusa yaraşmayacaq şəkildə təhqir etməsidir . Qəhrəmanımız sağ olsaydı razı olardımı buna !!!???
Sözünü demişdi aidiyyatı qurumlara şikayət etmək , dahası ərizə yazıb imza topalamaq lazım idi . Sosial şəbəkədə şəxsiyyətini ləkələmək isə Azərbaycan xalqına - kişisinə, qadınına təhqirdir.
Bəli Şəhid müqəddəsdir, Şəhid toxunulmazdır, Şəhidə dil uzatmaq Vətənin ərazi bütövlüyünə dil uzatmaqdır.
Qadına qarşı zorakılıq və şəxsiyyəti təhqir bizi də erməninin səviyyəsinə düçürtməyirmi . !!!???
Biz şəxsiyyətin birbaşa təhqir formasını daha çox düşmən tərəfdə görmüşük. Bu çirkinlik isə Azərbaycanlılığımıza yaraşmır ...
Azərbaycanımızın şəhidi təkcə Mübariz İbrahimovdumu ?. Qarabağ savaşında 20 mindən artıq şəhidimiz var. Hamısı eyni statusdadır. əgər doğrudan da şəhidin təhqirinə dözmürüksə, 20 ildən artıqdır ki, 20 min şəhidimizin ruhu sızlayır, 20 faiz torpağımız işğal altındadır .
Hər zaman demişəm , yenə də deyirəm və son nəfəsiməcən də deyəcəm . Bizim Qadınlarımız , namusumuz erməninin yatağındadır . !!!!!
Mən inanıram ki , qanunla o qadına qarşı birləşsəydik biz udardıq ...
O qadına təhqir yazanlar - Mübariz kimi olmamağa nə səbəbiniz var . !!!???
Sizi tanıyanların gözündən düşməkdən başqa qazancınız nə oldu .!!!???
Bilirsiniz - o qadının "tumanının altında gizlənən" fağır qazandı , biz yox ... !!!
Söyüb qurtardıq və əldə də heç nə yoxdursa gəlin gedək Şəhidlər Xiyabanına onlardan üzr istəyək ...


Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев