Dilimin sözünə baş əydi ürək, Susdum gözlərimə yaş dola-dola. Gör mənim bəxtimə nə yazıb fələk, Sənsiz yaşayıram, sən ola-ola . Bəlkədə yaxınıq bir nəfəs qədər, Nədən aramızdan keçilməz çəpər. Bilmirəm bu dərdə dözüb nə təhər, Sənsiz yaşayıram, sən ola-ola. Yolum yox qayıdam dönəm geriyə, Hər şeyə yenidən başlayım deyə. Mən varam sən varsan cavab ver niyə? Sənsiz yaşayıram, sən ola-ola