Tapıram köhnə rəsimlərdə itən yaddaşımı
Yenə başlandı bu matəm.Tökəcəm gözyaşımı
Nə qədər cansız olan şəklə deyim dərdimi mən
Nə qədər ağlayım.artıq itirmişəm başımı
Ölüm haqqdır ama əfsus xudadan bir qərar yoxdur
Dilərsəm mən ölüm haqqın ama ki intihar yoxdur
Beyin bezdi,başım bezdi,mənim hər bir anım bezdi
Gözüm bezdi,damar bezdi,damarımda qanım bezdi
Ürəy bezdi.bədən bezdi.xülasə bu canım bezdi
Ruhum hazır,özüm hazır,kəfən hazır.Məzar yoxdur
Günüm dərddir səhər qüssə gecəm də qəmli bir röyya
Elə dərddir danışsam bəlkə tab eyləməz dünya
Onun uğrunda can verdin səni atdı qoyub tənha
necə bilsin sənin qədrin axı ismətlə ar yoxdur
Niyə YaRəb bu xoş saət*dönüb əfsus cüda** oldu
Yazıq deyləm məgər arzum ürəyimdə mənim qaldı
Hadha alhüzn***neqara**** bax ki badeye***** müdam doldu
Bu qəmnən bir xümarəm ki mənimtək bir xumar yoxdur
Baxarkən sən soruşsan
Mən təkəm,təklik məmimdir,tək mənəm tək dünyada
Mən qəmə həmdəm,mənimdir dərdü qəm tək dünyada
Bilmirəm yalqızdı qəlbim?ya onun var həmdəmi
Qəmlə hərdəm ömr edər,ömr eylər həm tək dünyada
Eyləyər həsrət kifayət,gəl şikayət eyləmə
Vermisən söz,indi gəl döz çək sitəm tək dünyada
Dərdimin dərmanı dərddir,dərd evim dərdnən dolub
Dərdə bir bax,dərd olar qəlbimdə cəm tək dünyada
Əlbət Əkrəm çəksə dərd qəm olsa möhəm qəlb evi
Kim verər dərdqəm şəfa,sən tut vərəm tək dünyada