əməlləri)
Bu gecə (iyulun 27-dən 28-nə keçən gecə)
birinci Qədr gecəsidir.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə
yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət
etməlidir: "Əhya gecəsinin qüslünü edirəm
qürbətən iləllah”. Bu qüslün böyük savabı
vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul
olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə
məşğul olmağın mənası budur ki, insan
Quranı qarşılayaraq deyir: "İlahi, Sən bu gecə
mənə Quran nazil edirsən və mən də bu gecə
səhərə qədər oyaq qalıb onu qarşılayıram”.
3) Məscidə getmək. Məscidə getməyin mənası
budur ki, insan öz məqsədini təyin edir. Yəni:
"Ey Allahım, bu gecə mən fəsad və pozğunluq
olan yerlərə gedə bilərdim. Lakin mən Sənin
razılığını qazanmaq üçün Sənin evinə
gəlmişəm və gələcək xoşbəxtliyimi
müəyyənləşdirirəm”.
4) Qədr gecəsinin namazı. Qədr gecəsində
qılınan namazın böyük şərafəti vardır. Qədr
gecəsinin namazı şam və xiftən (işa)
namazları ilə sübh namazı arasındakı vaxtda
qılınır. Qədr gecəsinin namazının qaydası
belədir:
Niyyət: "Qədr gecəsinin namazını qılıram
qürbətən iləllah”. Sübh namazı kimi iki
rükətlidir. Lakin hər həmd surəsindən sonra
yeddi dəfə İxlas (Qul huvəllah) surəsi
oxunulmalıdır. Namazı qurtardıqdan dərhal
sonra alını səcdəyə qoyaraq (səcdə halında)
yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh”
deyilir.
İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı
qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə
"Əstəğfirullahə və ətubu iləyh” deyərsə,
səcdədən qalxmamış Allah onun özünün və
ata-anasının günahlarını bağışlayar”.
5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin
(s) və İmamların (ə) adlarına and verməklə
Allahdan günahlarının bağışlanmasını, dünya
və axirət istəklərini bildirmək. Bu əməlin
mənası Allahın insan üçün göndərdiyi kitabı
başı üstə qoruyub saxlamaq deməkdir. Yəni:
"Ey Allahım, Sən mənə hörmət edib kitab
göndərirsən, mən də onu özüm üçün rəhbər
və yol göstərən təyin edir və onu həmişə
başım üzərində qoruyub saxlayacağam.”
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs
Quranı özünə rəhbər edərsə, Quran onu
Cənnətə aparar. Hər kəs Quranı arxada
qoyarsa və onu özünə rəhbər etməzsə, Quran
onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər
kim Quranı oxuyub ona əməl edərsə və ona
tabe olarsa, Quran onu Cənnətə aparıb
çıxarar. Lakin Qurana tabe olmayan şəxs,
Quran oxumağına baxmayaraq, Cəhənnəmə
vasil olar.)
Quranı başa qoyub Allaha və 14 Məsuma (ə)
and verməyin mənası budur ki: "Ey Allahım,
mən Sənə və Sənin ən istəkli bəndələrinə and
verib tövbə edirəm və Səndən öz istək və
ehtiyaclarımı diləyirəm”.
Quranı baş üzərinə qoyub dua etməyin
qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və
ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-
husna. Və ma yuxafu və yurca ən təcələni min
utəqaikə minən-nar. Əllahummə bihəqqi
hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və
bihəqqi kulli muminin mədəhtəhu fihi. Və
bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə
mink.
Sonra Quranı baş üzərinə qoyub
aşağıdakıların hərəsini on dəfə de:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Hüccəti (ə.f) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran
başa qoyulur. Andlar qurtardıqdan sonra
Allahdan günahların bağışlanması və diləklər
istənilir. Çünki bu adlara and verdikdən sonra
insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Hüseyn (ə)
ziyarətnaməsini oxumaq.
7) 100 rükət (sübh namazı kimi) müstəhəbi
namaz qılmaq. (Boynunda qəza namazı olan
şəxs 6 günlük qəza namazlarını da qıla bilər.
Bunun savabı həm 100 rükətli müstəhəb
namazın savabını ödəyər, həm də 6 günlük
qəza namazını qılmış olar.)
Peyğəmbər (s) və onun Əhli-beytinə (ə)
salavat göndərmək. (Əllahummə səlli əla
Muhəmmədin və ali Muhəmməd)
9) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu
iləyh” demək və tövbə etmək. Bu əməlin
mənası belədir: İnsan keçmişdə etdiyi
günahlardan peşman olub gələcəyini
abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey
Allahım, bu günə qədər mən səhv yolda
olmuşam. Lakin bu gündən Sənin bütün
əmrlərinə tabe olacaq və bir daha günah
etməyəcəyəm”.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев