Qurani-Kərim məhz Ramazan
gecələrinin birində lövhi-
məfhuzdan tam şəkildə
nazil edilib. Buna Qurani-Kərimdə
2 ayə dəlildir.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə
aydınlaşdıran və (haqqı
batildən) ayıran (Quran) Ramazan
ayında nazil edilmişdir.[1]
Həqiqətən, Biz onu (Quranı) Qədr
gecəsi nazil (tam şəkildə) etdik. [2]
1-ciyə görə Quran Ramazan
ayında nazil edilmişdir, 2-ciyə
görə isə Qədr gecəsində. Deməli,
Qədr gecəsi Ramazan ayındadır.
Quranın nazil olunduğu gecə "Qədr gecəsi"
adlanır. Bəziləri
Qədr gecəsi ilə
Quranın ilk ayələrinin[3] nazil
olduğu gecəni qarışdırırlar.
Xatırladaq ki, həmin
gecə rəcəb ayının 27-ci gecəsidir.
Qədir gecəsinin konkret hansı
gecə olduğu bilinmir. Amma
Peyğəmbər(s) və
imamlardan gələn rəvayətlərə
görə Qədr gecəsi Ramazan ayının 19, 21 və
23- cü gecələrindən
biridir. Bu gecələr dilimizə "Əhya
gecələri" kimi daxil olmuşdur.
Əhli-sünnə mənbələrində Qədr
gecəsinin sonuncu 10 gecənin
içərisində, xüsusən də 27-ci gecənin olduğu
güman edilir. Bu barədə hədislər
varid
olmuşdur.
Şiə mənbələrində Qədr
gecəsinin ən çox ehtimal olunduğu gecə
ramazan
ayının 23-cü gecəsidir. Belə ki, bu
barədə aşağıdakı məzmunda
hədis varid olmuşdur.
Bir gün bir yaşlı kişi Peyğəmbərə
(s) deyir ki, mən yaşlı adamam və bura uzaq
yoldan gəlirəm və hər gecə
gəlməyim mənə çox əziyyət
edir. Qədr gecəsinin
hansı gecə olduğunu söyləsən,
həmin gecə bura gələrəm. Peyğəmbər (s)
onun
qulağına nəsə söyləyir. Rəvayət
edənlər söyləyir ki, ondan sonra
həmin kişi
hər Ramazan ayının 23-cü gecəsi
görünürdü. Qədr gecəsinin fəziləti Qədr
gecəsinin fəzilətli
olması üçün onun barəsində Qədr
surəsinin nazil
olması kifayət edər.
"(Ya Peyğəmbər!) Sən nə
bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi
nədir?!
Qədr gecəsi (savab cəhətdən)
min aydan daha xeyirlidir! O gecə
mələklər və
ruh (Cəbrayıl) Rəbbinin izni ilə
(həmin gündən gələn ilin Qədr gecəsinədək
dünyada baş verəcək) hər bir
işdən dolayı (Allah dərgahından
əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi
(büsbütün) salamatlıqdır! (əmin- amanlıqdır)
(Qədr gecəsi heç bir bəla nazil
olmaz, o, bütünlüklə xeyir-
bərəkətdən ibarətdir.
O gecə mələklər yer üzündə
gəzib Allahın müxlis bəndələrinə salam
verərlər.
Buna görə də Qədr gecəsi
səhərə qədər oyaq qalıb ibadət
etmək lazımdır!)[4] Qüsl etmək.
(Ən fəzilətli vaxtı gün batan
vaxtdır.) İşa namazından sonra iki rəkət
namaz qılmaq. Namazların hər
rəkətində Həmd
surəsindən sonra 7 dəfə İxlas
surəsini oxumaq.
Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və
ətubu ileyh"
demək.
Bu gecə tövbə edib, bağışlanmaq
diləmək, Quran oxumaq, dua
etmək
bəyənilən işlərdəndir. Boynunda qəza
namazları olanlar daha yaxşı
olar ki, qəza namazı da qılsınlar.
Dualardan "Coşən Kəbir" duasını
oxumaq daha çox təkid olunub.
Belə ki, bu
duada Allahın 1001 adı çəkilir və ehtimal
olunur ki, Əsmaül-hüsna
(Allahın ən
gözəl adları) bu adların
içərisindədir. Bu duadan sonra
hacətlərini Allahdan
istəsən onların icabət olunması ehtimalı
böyükdür.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев