Qədr gecəsi barədə qısa məlumat və əməlləri
- Dini terminologiyaya gəldikdə isə eyni mənadan götürülərək «Qədr» sözü Ramazan ayının son ongünlüyünə təsadüf edən 19, 21 və 23-cü gecələrinə deyilir. İlahi hikmət hər bir varlığın müəyyən ölçü, miqdar və çərçivədə olmasını, səbəb və nəticə qanununa tabe olmasını və hər bir şeyin özünəməxsus hesabı olmasını tələb edir. Yəni yaradılan hər bir varlığın mövcud olacağı müddət əvvəlcədən müəyyənləşdirilir. Onun mövcud olduğu an gələcəyi ilə sıx əlaqələndirilir, İlahi qanunlarla nizama salınır.
Sual: Elə isə bəs nə üçün Ramazan ayının 19, 21 və 23-cü gecələrinə qədr gecələri deyilir?
Quran ayələrindən və nəql olunan rəvayətlərdən belə məlum olur ki, həmin gecələrdə mələklər və «Qədr» surəsində «Ruh» adlı varlıq Allahın iznilə yer üzünə enər və gələn ilin bütün hadisələri barədə məlumatlar zəmanənin İmamına təqdim olunar və o həm özünün, həm də başqalarının aqibətindən agah olar. İmam Baqirdən (ə.s) nəql olunan rəvayətdə buyurulur: «Qədr gecəsi mələklər yerə enər və zəmanənin İmamına baş verəcək hadisələr barədə xəbər verilər. O, özünün və camaatın aqibətindən agah olaraq bir sıra işlərin icrasına məmur edilər». Deməli, Qədr Allahın yaratdığı məxluqatın aqibətini müəyyən etdiyi gecədir.
- Hər il təkrar olunan Qədr gecəsi bir neçə səbəbdən əhəmiyyət kəsb edir.
1. Bu gecədə Quran nazil olub.
2. Gələn ilin hadisələri müəyyən olunur.
3. Hadisələr zəmanənin İmamına təqdim edilir və o, bir sıra işlərə məmur olur.
4. Bu gecədə möminlərin Əmiri Əli (ə) şəhadət şərbətini içib.
«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!». («Qədr» surəsi, 1-5- ci ayələr).
Surədən qədr surəsinin beş xüsusiyyətə malik olduğu bəlli olur:
1. Quranın Qədr gecəsində nazil olması.
2. Qədr gecəsinin böyük əhəmiyyət kəsb edərək dəqiq məlum olmaması (Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!).
3. Qədr gecəsi min aydan daha üstündür
4. Həmin gün əmin-amanlıq olar
5. Bu gecədə Allahın izni ilə mələklər və ruh yerə enər, baş verəcək hadisələri zəmanənin imamına təqdim edərlər.
- Qədri, qədrini dərk edənlər bilər
Qəlbləri İlahi eşqlə çırpınan əməlisaleh bəndələr Qədr gecələrini böyük həvəs və şövq ilə gözləyərlər. Onun fəzilət və əzəmətini dərk edənlərin ruhları mələklər aləminə pərvaz edərək mənəvi təkamüldən həzz alar. Əməllərini islah edər, ruhlarını İlahi övliyaların ruhları ilə tərbiyə edərlər. Qədr aşiqləri Həzrət Məhəmmədin (s.a.a.s) dua və namazlarından, Həzrət Əlinin (ə.s) münacatlarından və Həzrət Zəhranın (ə.s) zikrlərindən ilham alar və özlərini Allahın hüzurunda hiss edərlər. Gecələrini sübhədək ibadətdə keçirər, qəlblərini göz yaşları ilə sirab edər, Allahdan bağışlanmalarını diləyərlər. Südəmər körpələr süd üçün israrlı olduqları qədər onlar da Allaha dua etməkdə o qədər israrlı olarlar. Deyilənlərə görə, İslam alimlərindən biri Qədr gecəsinin əzəmətini dərk etmək üçün Ramazan ayı ilə kifayətlənməyib ilin bütün günlərini əhya saxlayaraq gecələrini ibadətlə keçirib.
Bu il müqəddəs Qədr gecələri:
1.Ramazan ayının 19-cü gecəsi (İyulun 27-dən 28-ə keçən)
2. Ramazan ayının 21-ci gecəsi (İyulun 29-dan 30-a keçən)
3. Ramazan ayının 23-cü gecəsi (İyulun 31-dən avqustun 1-ə keçən) gecələrə təsadüf edecək.
Qədr gecəsinin əməlləri
Bu mübarək gecələri əhya saxlayan (oyaq qalan) kəsə aşağıda zikr olunan əməlləri yerinə yetirmək müstəhəbdir (savabdır):
1) Qüsl etmək. Vaxtı gün batandan sonra. Qüslun niyyəti belədir: “Qədr gecəsinin qüslun alıram qürbətən ilallah”.
2) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti (fəziləti) vardır. Qədr gecəsinin namazı məğrib (şam) və işa (xiftən) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır.
- Namazın qılınma qaydası:
Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər Fatihə (Həmd) surəsindən sonra 7 dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.
3) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s.a.a.s) və İmamların (ə.s) adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğəmbər (s.a.a.s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar).
Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm”.
- Quran əldə açıq vəziyyətdə tutub:
“Allahummə inni əs əlukə bi kitabikə əl munzəl və ma fihi və fihismukə əl əkbər və əsmaukəl husna və ma yuxaf və yurca ən təcaləni min utəqaikə minən-nar” –deyib sonra istədiyin hacəti diləyirsən.
- Daha sonra Quran başa qoyulub deyilir:
“Allahummə bi həqqi hazal quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli muminin mədəhtəhu fihi və bi həqqikə aleyhim fəla əhədə arifu bi həqqikə mink”.
- Sonrada Quranı baş üzərinə qoyub aşağıdakı zikrlər deyilməli:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s.a.a.s) (10 dəfə)
3. Bi Əliyyin (ə.s) (10 dəfə)
4. Bi Fatimətə (ə.s) (10 dəfə)
5. Bil Həsəni (ə.s) (10 dəfə)
6. Bil Hüseyni (ə.s) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə.s) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə.s) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə.s) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə.s) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə.s) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə.s) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə.s) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə.s) (10 dəfə)
15. Bil Hüccəti (əc.f) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
4) “Əstəğfirullahə Rabbi və ətubu ileyh” (100 dəfə)
5) “Allahumməl an qatələtə Əmirəl Muminin” (100 dəfə)
6) "Salavat": Allahummə salli ala Muhamməd və Ali Muhamməd və accil fərəcəhum vəl an aduvvəhum (100 dəfə)
7) İmam Hüseyn (ə.s) Ağanı ziyarət etmək. Hədisdə buyurulur: Qədr gecəsi səmanın yeddinci qatından, ərşdən səs gələr: “ALLAH HÜSEYNİN QƏBRİNİ ZİYARƏT EDƏNİ BAĞIŞLADI”
Əhya saxlamaq (Səhərə qədər oyaq qalıb dua, zikr və ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”).
- Hədisdə buyurulur: Kim bu gecələri (qədr gecələrin) əhya saxlasa, günahları bağışlanar hətta (günahların) səmanın uıduzları qədər, dağların ağırlığı kimi, dənizlərın çekisi qədər olsa belə.
9) 100 rükət (sübh namazı kimi) müstəhəbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də qəza namazını qılmış olar. Yaxşı olar qəza namazları qılınsın, çün qəza namazları (əgər qəsdən tərk olunarsa) qiyamətdə soruşulacaq, lakin müstəhəb namaz qəsdən tərk olunsa belə hesabı olmayacaq)
10) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm”.
11) “Covşən Kəbir” dausın oxumaq ( bu dua Çərəkə və Məfatihul Cinan kitabından mövcuddur)
Mulahizə: Qədr gecəsi əhya saxlamaq vacib deyil, lakin müstəhəbdir, böyük savabı vardır, həmçinin əməllərin hamısın yerinə yetirmək de şərt deyil imkan qədəri yerinə yetirilsə yaxşı olar.
Allah (əzzə və cəll) dua və ibadətlərinizi Peyğəmbər (s.a.a.s) və Onun pak, mütəhhər Əhli Beytinə xatir qəbul etsin amin !
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев