and verməyin mənası budur ki: “Ey Allahım,
mən Sənə və Sənin ən istəkli bəndələrinə and
verib tövbə edirəm və Səndən öz istək və
ehtiyaclarımı diləyirəm”.
Quranı baş üzərinə qoyub dua etməyin
qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl.
Və ma fihi və fihi ismukəl əkbər. Və
əsmaukəl-husna. Və ma yuxafu və yurca ən
təcələni min utəqaikə minən-nar. Əllahummə
bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu
bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi.
Və bihəqqikə ələyhim fəla əhədə ərəfu
bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub
aşağıdakıların hərəsini on dəfə de:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Hüccəti (ə.f) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran
başa qoyulur. Andlar qurtardıqdan sonra
Allahdan günahların bağışlanması və diləklər
istənilir. Çünki bu adlara and verdikdən sonra
insanın duaları mütləq qəbul olunur.
Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Allah razi olsun