Yaxşı deyiləm məsələn. Həm də heç yaxşı deyiləm. Içimdə kəlimələrə sığdıra bilmədiyim vidaların hüznü var dolu-dolu. Birinə,bir şeylərə ehtiyacım var. Lakin kimsəyə və heçnəyə dözə biləcək gücümdə yoxdur." Məni bu hala siz gətirdiniz" deyə bağırmaq istədiyim bir kütlə var sadəcə. Bəzən heç bilmədiyim bir yerə gedib itmək istəyirəm. Küçələrdə bağırmaq, gülmək, ağlamaq... Heç kimsənin tanımadığı biri olmaq istəyirəm. Heç kimsə olmaq istəyirəm.