Pervin Nesirsoy yazır: Müşahidələrim nəticəsində belə qənaətə gəlmişəm ki; Əgər biri çox gülürsə, mütləq o gülüşün arxasında göz yaşlarını gizlədir. Əgər biri hər şeydən inciyib küsürsə, bu onun hələ də açıq olan yaralarından xəbər verir. Əgər biri xoşbəxt olduğunu bar-bar bağırırsa, demək ki, hələ buna özünü belə, inandıra bilməyib. Əgər kimsə, camaatla çox təkəbbürlü davranırsa, yerişində, duruşunda, danışığında lovğalıq varsa, o adam dünyanın ən yazıq insanıdır. Və ən dəhşətlisi odur ki, bunu özü hamıdan yaxşı bilir və bütün cəhdi də məhz bunu ört-basdır etmək üçündür. Əgər biri özünü göstərməyə və hər kəsdən tərif eşitməyə çalışırsa, natamamlıq kompleksindən əziyyət çəkir. Əgər bi
Yeni il tənhalığı Aqşin Yenisey Bakıya qar yağmadı, qarsız düşdü qış bizə. Şaxta baba və qar qız, gəldilər yanlış bizə. Dustaqlar buraxıldı… şeş düşdü tale zəri. Qazamatda açıldı yeni dustaq yerləri. Pəncərədən boylanıb baxdım, …baxdım ölkəmə. Xəyalımda dalbadal güllə çaxdım ölkəmə. Korladı əhvalımı, millətin girincliyi. Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi. Sonra da üzüquylu zülüm-zülüm ağladım. Gedənə rəhmət deyib, gələnə yas saxladım. Xəyalımda canlandı dostlarımın taleyi. Xalqın deyingənliyi, hökumətin gileyi. Alt-üst olmuş ömürlər …hər yan bomboz tənhalıq. Bu da bayram süfrəsi; yarım araq, şor balıq. Bir də yalqız kitablar, düzülüblər yan-yana. Niyə hər şey düşməndir
Qadın frengi xəstəsidir və 8 uşağı var.Bu uşaqların üçü kar, ikisi kor, biri ağıldan kəm, bətnindəki doğulacaq olan körpə BETHOVENDİR. Sərxoş ata, xəstə ana, yatılı məktəblərdə keçən yalqız uşaqlıq illəri, bitməyən depressiya və Sara xəstəliyi (epilepsiya) ilə mübarizə aparan dahi- DOSTOEVSKİ Altı uşağın ilkidir o,iki qardaşı hələ körpə ikən vəfat edir,üç bacısı Alman zülmündən ölür, atası zülmkar, yola getməyən- onun adı KAFKADIR On bir yaşında atasını itirir, babası sərt insandır və onu evdən qovur. 11 tyaşlı uşaq tərsanələrdə şagirdlik edir və ailəsini dolandırır - QORKİ Atası onu tez-tez bel kəmərilə döyür. Çox gecələr küçələrdə yatır. Dərisi xəstə, qaraciyəri sıradan çıxıb - BUKOVSK
Ruhun üsyanı... Düşünmekmi? Ehhh... Neyi? Kimi? Ve de niye? Bizimki düşünmek deyil de, TE-SEL-Lİ, anlayırsan? Quruca bir teselli... Niye de boş vere bilmirik ki, düşünmesini de, "ne?"sini de, "kimi?"sini de, "niye?"sini de...? Bilmirem. Arzulamaqmı? Yene mi...? Neyi axı? Kimi? Ve de niye? Bizimki arzulamaq deyil de, O-VUN-MAQ, anlayırsan? Boş-boşuna ovunmaq... Niye de boş vere bilmirik ki, arzunu da, xeyalı da, ümidi de...? Bilmirem. Ağlamaqmı? Yox artıq! Ağlamaq niye? Ne üçün? Kim üçün? Ve de niye? Bizimki ağlamaq deyil de, BO-ĞUL-MAQ, hem de heyatın burulğanına düşüb boş-boşuna çırpınaraq boğulmaq. Niye de boş vere bilmirik ki, ağlamasını da, ağrımasını da, yanmasını da...? Bilmir
Bir gün gelir ki,etrafında baş verenler daha sene maraqlı gelmir. Daha heç ne seni evvelki kimi teeccüblendire bilmir. Elbette, yaşamaq üçün nelerse edirsen. Teslim olmaq istemirsen heyatın qarşına çıxardığı heç bir çetinliyine. Ancaq bütün elediklerin sadece bir tesellidir. Özünü ovutmaq,heç ne olmamış kimi yoluna davam etmek üçün adi,boş ve menasız bir teselli. Sen ve aile, sen ve cemiyyet... Heyatında heç neyin düzgün getmediyini hiss edirsen. Başını qatmağa menasız eylenceler tapırsan. Alınmır yene de. Tenhalıq seni didir içeriden. Yalnızlığını gizletmek üçün başqalaşırsan,özün olmaqdan çıxırsan. Ve ele bir an gelir ki,düşünürsen etrafındakı haqsızlıqları ne sen düzelde bilersen,n