ZİYARƏTƏ GƏLDİM GÖRÜŞ YERİNƏ.
Ziyarətə gəldim görüş yerinə,
Axtardım izini sənli günlərin.
Xəyalım bu gündən getdi dünənə.
Mənim baxışıma doldu qəhərin.
***
Gözüm vərəqlədi dünəni bu gün,
Vərəqlər üstünə göz yaşım düşdü...
Xəyallar qoynunda oldum didərgin.
O sənli yerlərlə sənsiz görüşdüm.
***
Qalıb daş üstündə adımız qoşa,
Yazdığın yazıda mamır göyərib...
Orda baş hərfləri verib baş- başa,
Soruşdu cüt gələn niyə tək gəlib.
***
Saçma toxundu dəniz küləyi,
Sandım tellərimdə əlini- daraq.
Dənizdə axtardım səni görməyi,
Dalğalar görməyə qoymadı ancaq.
***
Sənin əvəzinə özüm gül aldım,
Özümə hədiyyə, sənin- adından.
Xəyalən mən sənin yanında oldum,
Gəlinlik paltarım, həsrət odundan.
***
Ziyarətə