Sevim səni.
Əsl sevmək havasıdır,
Gəl mən yenə sevim səni.
Pərvanətək ətrafına,
Dönə-dönə sevim səni.
***
Damarımda qan oyansın,
Zülmətlərdən dan oyansın,
Yatmış zaman, an oyansın,
Baxım sənə, sevim səni.
***
Dəfələrcə bunu dedim,
Qəribliyə vida edim,
Nə istəsən, indi edim,
Söylə mənə, sevim səni.