”Dəniz hər şeydir! Nəfəsi saf, həyat verəndir. Sərhədsiz səhrada insan özünü tənha hiss etmir, çünki onun ətrafında həyatın döyüntüsünü hiss edir”.
Jül Vern
Ləpələr elə bil,
göy dəvə karvanıdır.
Dəvələr qızıb, ağzı köpüklü.
Hər dalğa bir dəvədir:
göy tüklü,
ağ mərmər yüklü.
Dəvələr dənizin üstündə
döşünü qabardıb gəzir.
Başqa təşbeh tapmayanda
demək olar:
böyükləri sanki şahdır,
kiçikləri vəzir.
Kiçiklər böyüklərin dalınca gəzir,
Və həmişə başıaşağı
Onların başından yuxarıdır
iri dalğaların qurşağı.
Dəniz də dalğalardan
və damlalardan
yaranmış bir cahandır.
Sanki hər damla bir insandır.
Damla dənizdən ayrılsa,
tez buxar olar,
göyə qalxar,
duman olar.
Damla sahilə düşsə.
qumlarda pünhan olar.
Ayrılmasa,
qüvvəti sonsuzdur, sonsuz.
Amma kim bilir ki,
dəniz onunla belə qüvvətlidir,
ya onsuz.
Damla bir deyil,
min olsa, y